Vəngli sakini: Ermənilər bizi kəndimizdəki qədim abidələrə yaxın buraxmırdılar
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Ermənilər azərbaycanlıları kənddəki qədim abidələrə yaxın buraxmırdılar".
Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Ağdərə rayonu Vəngli kəndinin sakini Bayram Quliyev deyib.
O, Vəngli kəndinin zəngin tarixə malik olduğunu vurğulayıb:
"Kəndimizdə tarixi abidələr çoxdur. Hələ uşaqlıqdan o abidələrə çox maraq göstərirdik. Amma o vaxtlar ermənilər bizə o abidələrin nəinki içərisinə daxil olmağa, heç yaxınına getməyə də imkan vermirdilər. Çox şükür, uzun illərdən sonra doğma yurda qayıdırıq. Orada həyatı yenidən canlandırmaqla yanaşı, Vənglinin qədim tarixini də övladlarımıza tanıdacağıq".

Vəngli sakini: Bizə hər bir şərait yaradılıb
08 Sentyabr 2025 15:55
Vəngli sakini: Övladlarım kəndimizə öz ailələri ilə qayıdırlar
08 Sentyabr 2025 15:45
Böyük Qayıdış: Ağdərənin Vəngli kəndi 83 sakini qoynuna alıb YENİLƏNİB
15 Avqust 2025 17:14
Vəngli kəndinə növbəti köç... FOTOLAR
08 Sentyabr 2025 13:38
Vəngli sakini: Doğma yurda qayıdışın sevincini sözlə ifadə etmək mümkün deyil
09 Oktyabr 2025 12:53

