Vens ABŞ nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, Vens bunu ABŞ Prezidenti Donald Trampın siyasi tərəfdarı Erik Dettersin diplomatın Tramp administrasiyasının nümayəndələri ilə görüşə çıxış əldə etmək müqabilində 100 min dollar məbləğində kredit kartı borcunun ödənilməsini tələb etdiyi barədə iddialarını şərh edərkən jurnalistlərə bildirib.
"Bunlar sadəcə ittihamlardır. Mən həmişə deyirəm ki, biz insanları ictimai rəy məhkəməsində mühakimə etməməliyik. Bunun üçün rəsmi məhkəmələr var", - vitse-prezident qeyd edib.
Vens vurğulayıb ki, Gilfoylla çoxdan tanışdır və yalnız üçüncü şəxslərin bəyanatları və ya ehtimal edilən yazışmalar əsasında onun təqsirkar olması barədə nəticə çıxarmağı yolverilməz hesab edir.
"Gəlin əvvəlcə faktları aydınlaşdıraq və həqiqəti müəyyən edək. Əgər doğrudan da qanunazidd bir şey baş veribsə, təqsirkarlar cəzalandırılmalıdır", - o əlavə edib.
Daha əvvəl Deters Gilfoylu Tramp administrasiyasının yüksəkvəzifəli nümayəndələrinə çıxış əldə etmək imkanı müqabilində guya ona 100 min dollar məbləğində kredit kartı borcunu ödəməyi təklif etməkdə ittiham etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 10 Oktyabr 2026 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















