Icma.az
close
up
RU
Vens Bakıya gəldi, SEPAH təhdid etdi Azərbaycana qarşı…

Vens Bakıya gəldi, SEPAH təhdid etdi Azərbaycana qarşı…

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, ABŞ vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Vitse-prezidenti Vens mətbuata bəyanatlarla çıxış ediblər.

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Telegram kanalı Vensin Azərbaycana səfəri ilə bağlı təhdid xarakterli paylaşım edib.

Paylaşımda ənənəvi şəkildə Azərbaycan hədəf göstərilərək regionda mümkün gərginliklə bağlı iddialar irəli sürülüb.

Bildirilib ki, guya Qafqazda “böyük müharibənin təməli qoyulur” və İran öz təhlükəsizliyi məsələsində “heç kimlə zarafat etmir: “Bu gün Qafqazda böyük bir müharibənin təməli qoyuldu. Qurbanlar artıq seçilib. İran təhlükəsizliyi ilə bağlı heç kimlə zarafat etmir”.

 

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Telman Cəfərov bildirib ki, bu gün bölgəmizdə mövcud olan daha bir ciddi problem, xüsusilə ABŞ ilə İran arasında yaranmış gərginlikdir:

“ABŞ nümayəndə heyətinin bölgəyə səfəri zamanı bu məsələ ilə bağlı da müəyyən müzakirələrin aparılması qaçılmazdır. Çünki Azərbaycan bölgədə mühüm aktordur, ciddi siyasi çəkisi olan və qətiyyətli siyasət həyata keçirən bir dövlətdir. Bölgədə gedən proseslərdə Azərbaycanın böyük maraqları var və onun özünəməxsus mövqeyi və rolu mövcuddur. Vensin İsəfəri onu göstərdi ki, ABŞ Cənubi Qafqaza təkcə geosiyasi nəzarət arealı kimi baxmır”.

Şərhçinin sözlərinə görə, həm də açıq-aydın görünür ki, Vaşinqton Cənubi Qafqaza öz sərmayə və texnologiyalarının gəlişini təşviq etməklə region iqtisadiyyatında da öz rol və çəkisini artırmaq, ölkələrin inkişafında əsas rol oynamaq niyyətindədir:

“Bu isə region ölkələrinin iqtisadi tərəqqisi üçün yeni fürsət və imkanlar açan, onları məmnun edən, olduqca cəlbedici bir yanaşmadır. İranın SEPAH və digər radikal qruplarına bağlı təbliğatçılarının bəyanatları göydəki ulduza etiraz səsindən başqa bir şey deyil”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Fevral 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri