Vens İrana qarşı müharibə ehtimalını istisna etməyib KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
ABŞ Tehranın öz nüvə proqramını bərpa etməyə başlayacağı, qonşu ölkələr üçün təhlükə yaradacağı və ya regiondakı yaraqlı qruplaşmaları dəstəkləyəcəyi təqdirdə, İrana qarşı hərbi əməliyyatların bərpa olunmasını istisna etmir.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Vitse-prezidenti Cey Di Vens jurnalistlərə bildirib.
“Əgər İran öz nüvə proqramını bərpa etmək, qonşularını hədələmək və ya terrorizmi maliyyələşdirmək istəsə, Prezidentin (Donald Tramp – red.) variantları var. Mən heç nə vəd edə bilmərəm, çünki sözsüz ki, bu, son nəticədə iranlıların özlərini necə aparacağından asılıdır. Əmin olduğum bir şey var ki, əgər buna zərurət olmazsa, prezident bizim qoşunları geri göndərməyəcək”, – Vens bildirib.
Bununla belə, o, ABŞ və İran nümayəndələrinin texniki məsləhətləşmələrinin gedişatını müsbət qiymətləndirib: “Yekunlar barədə danışmaq hələ tezdir, lakin onlar yaxşı gedir”.
Baxış sayı:132
Bu xəbər 01 İyul 2026 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















