Vens Trampın Zelenski ilə görüşündən sonra Ukrayna üzrə irəliləyişə ümid edir
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Birləşmiş Ştatların Vitse-prezidenti Cey Di Vens ABŞ və Ukrayna liderlərinin qarşıdan gələn görüşündən sonra Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında irəliləyiş gözləyir.
Moderator.az xəbər verir ki, o bunu Nyu-Yorka yola düşməzdən əvvəl jurnalistlərə açıqlayıb.
"Bu, həll edilməsi ən çətin beynəlxalq münaqişələrdən biridir. Düşünürəm ki, o (ABŞ Prezidenti Donald Tramp - red.) Zelenski ilə (Ukrayna Prezidenti Volodimir Zelenski - red.) ya sabah, ya da birisigün görüşəcək. Buna görə də müəyyən irəliləyişin əldə ediləcəyinə əminəm", - o vurğulayıb.
Vensin sözlərinə görə, ABŞ Rusiya Federasiyası ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində səylərini davam etdirmək niyyətindədir və yekunda münaqişənin aradan qaldırılacağına əmindir.
"Mən bu problemi fəal şəkildə həll etməyə çalışan prezidentlə işləməyə üstünlük verirəm. Biz onu həll etməyə cəhd göstərməyə davam edəcəyik. Yekunda bunun həll ediləcəyini düşünürəmmi? Bəli, bu, sadəcə zaman məsələsidir", - o bildirib.
Daha əvvəl Zelenski Trampla görüş barədə razılığa gəldiyini bildirib. Onun sözlərinə görə, görüş Nyu-Yorkda baş tutmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 21 Sentyabr 2026 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















