Vens xahiş etdi, Ukrayna hücumu dayandırdı
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna ABŞ vitse-prezidenti Ceyms Devid Vensin xahişi ilə Novorossiysk limanından istifadə edən neft tankerlərinə PUA hücumlarını dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Vens və Ukrayna Prezidenti Vladimir Zelenski iyulun 31-də telefon danışığı aparıblar:
“Onlar Kiyevin Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna və ya Rusiyaya məxsus olmayan gəmilərə zərbə endirməyəcəyi barədə razılığa gəliblər, bir şərtlə ki, bu gəmilər Ukrayna sanksiyalarına məruz qalmasın və Rusiya nefti və ya yüklərini daşımasın.
Kiyev “Patriot” raketlərinin istehsalı üçün lisenziya almaq və onlardan bir neçə yüz almaq ümidi ilə ABŞ-ın tələbini qəbul edib. Zelenski iyulun 31-də Venslə söhbətində “Patriot” və hava hücumundan müdafiəni əsas prioritet adlandırıb”.
Qeyd olunub ki, o vaxtdan bəri Ukrayna Novorossiysk yaxınlığında heç bir gəmiyə hücum etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 12 Avqust 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















