Vens: Xarici iş vizaları sui istifadə edilir
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ vitse-prezidenti JD Vance xarici mütəxəssislərin ABŞ-da işləməsinə imkan verən H-1B vizası proqramının ciddi şəkildə sui-istifadə edildiyini bildirib.
Turkustan.az xəbər verir ki, Vance “Real Voice of America”ya müsahibəsində proqramın həm texnologiya şirkətləri, həm də mühasibat firmaları və digər işəgötürənlər tərəfindən məqsədindən kənar istifadə edildiyini deyib.
Vance bildirib ki, H-1B vizası yüksək ixtisaslı xarici mütəxəssislərin ABŞ-da işləməsinə imkan vermək məqsədi daşısa da, bəzi şirkətlər bu mexanizmdən daha ucuz işçi qüvvəsi cəlb etmək üçün istifadə edir.
“Əgər siz ‘ABŞ-a dahi gətirmək istəyirəm’ deyirsinizsə, bu barədə danışmaq lazımdır. Amma ildə 60 min dollar qazanan amerikalı mühasibi 45 min dollar qazanan xarici mühasiblə əvəz edirsinizsə, bu proqramdan dahi gətirmək üçün istifadə etmirsiniz”, – deyə Vance bildirib.
Onun sözlərinə görə, belə yanaşma “Amerika xalqını aldatmaq” deməkdir və bu vəziyyət cəmiyyətdə narazılıq yaradır.
Vance H-1B vizaları üçün tətbiq olunan yüksək rüsumun proqramdan sui-istifadənin qarşısını almaq məqsədilə bir növ süzgəc mexanizmi kimi nəzərdə tutulduğunu bildirib. Bununla belə, hazırda bu rüsumla bağlı məhkəmə çəkişmələri davam edir və federal hakimlər 100 min dollarlıq rüsumun tətbiqini bloklayıblar.
ABŞ vitse-prezidenti proqramla bağlı şəxsi mövqeyini də açıqlayıb: “Mənim şəxsi fikrim budur ki, H-1B proqramı tamamilə qüsurludur və mən onun tamamilə aradan qaldırılmasını dəstəkləyərdim. Lakin proqram mövcud olduğu müddətdə etməli olduğumuz şey Amerikanı və Amerika işçilərini qorumaqdır”.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 02 Oktyabr 2026 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















