Icma.az
close
up
RU
Vensdən sonra Tramp da Bakıya gəlir? Şeyxülislamdan diqqət çəkən MESAJ

Vensdən sonra Tramp da Bakıya gəlir? Şeyxülislamdan diqqət çəkən MESAJ

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

2026-cı ilin fevral ayı indidən Azərbaycan diplomatiyası və xarici siyasəti üçün olduqca məhsuldar sayıla bilər. Belə ki, bir gün fərqlə iki mühüm səfər baş tutdu.

Öncə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər etdi, fevralın 9-da Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Roma Papası XIV Leo ilə görüşdü. Fevralın 10-da isə Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfər etdi.

Dediyim kimi, cəmi bir gün ara ilə iki fərqli səfərin şahidi olduq. Hər iki səfər zahirən müxtəlif görünsə də, Bakının nəzərində ortaq, incə bir strateji xəttin davamıdır. Söhbət Roma Papası XIV Leo və ABŞ Prezidenti Donald Trampın Azərbaycana mümkün səfərindən gedir.

Həm baş tutan iki səfər kontekstində, həm də real səbəblər baxımından adını çəkdiyim iki şəxsin Bakıya gəlməsi mümkündür. Xüsusilə Roma Papası XIV Leonun Azərbaycana səfəri daha real görünür. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan–Vatikan əlaqələri Bakı üçün hər zaman mühüm olub. Hətta Papa II İohann Pavel 2002-ci ildə ölkəmizə rəsmi səfər də etmişdi. Prezident İlham Əliyev də Azərbaycan–Vatikan əlaqələrinin inkişafını prioritet hesab edib və mövcud xətti davam etdirib. Bunun nəticəsi kimi Papa Fransisk də 2016-cı ildə Azərbaycana gəlib, Bakıda bir sıra rəsmi və dini görüşlər keçirib.

İndiki məqamda Bakı üçün Roma Papası XIV Leonun Azərbaycana səfəri mühüm hədəfdir. Təsadüfi deyil ki, Şeyxülislam Allahşükür Paşazadə Vatikanda Roma Papası XIV Leo ilə görüşü zamanı Prezident İlham Əliyevin adından onu ölkəmizə səfərə dəvət edib.

Əslində Roma Papası XIV Leonun səfəri üçün real səbəb də var. Belə ki, Prezidenti İlham Əliyevin 2024-cü il 1 may tarixli Sərəncamına əsasən, Heydər Əliyev Fondunun dəstəyi və Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, giriş 722 ünvanında yerləşən 0,17 hektar torpaq sahəsində Katolik Kilsəsi tikilir. Kilsə II İohann Pavelə həsr olunub. Yuxarıda da qeyd etdiyim kimi, II İohann Pavel Azərbaycana gələn ilk Roma Papası olub. Yəni Roma Papası XIV Leo II İohann Pavelə həsr edilən kilsənin açılışında iştirak edə bilər. Açılışın vaxtı hələlik bəlli deyil. Lakin Papanın kilsənin açılışı zamanı ölkəmizə səfər etməsi ən mümkün ssenaridir.

Roma Papası XIV Leonu Bakı üçün mühüm edən spesifik bir detal da var. O, ABŞ-dan seçilən ilk Roma Papasıdır. Artıq heç kəsə sirr deyil ki, onun Papa seçilməsində ABŞ Prezidenti Donald Trampın da xüsusi dəstəyi və istəyi olub. Bu mənada Roma Papası XIV Leonun səfəri həm də Donald Trampın səfəri üçün növbəti bir zəmin ola bilər.

Fikrimcə, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri həm də Trampın səfəri öncəsi bir növ kəşfiyyat və dəyərləndirmə mahiyyəti daşıyır. Prinsipcə, vitse-prezidenti qarşılayıb layiqincə yola salan bir ölkə rahatlıqla ABŞ prezidentini də qəbul edə bilər.

Hər halda Donald Trampın səfərinin hakimiyyəti müddətində baş tutması mümkündür. Məsələn, ABŞ prezidentinin yekun sülh sazişinin imzalanmasından sonra Bakıya gəlməsi gözləniləndir.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Fevral 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri