Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Vensin İrəvan səfəri…

Vensin İrəvan səfəri…

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ regionla əməkdaşlıqda maraqlıdır  

Fevralın 9-da ABŞ-ın vitse-prezidenti Ceyms Di Vensin Cənubi Qafqaz regionunun iki ölkəsinə – Ermənistan və Azərbaycana səfəri başlayıb. ABŞ-ın Ermənistandakı səfirliyinin yaydığı məlumata görə, vitse-prezidentin  səfəri tərəfdaşlıqda dönüş nöqtəsidir. Vitse-prezident səfərinin məqsədi 2025-ci ilin 8 avqustunda Vaşinqtonda keçirilən Sülh Zirvəsinin əsas nailiyyətlərini irəliyə daşımaq, TRIPP-nin tətbiqini irəli aparmaqdır. Qeyd edək ki, vitse-prezident Vens ilk səfər günündə Ermənistan prezidenti Vaaqn Xaçaturyanla görüşüb. Prezident regionda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb və bu kontekstdə ABŞ Prezidenti Donald Trampın prosesə böyük töhfəsini qeyd edib. Həmçinin qarşılıqlı yüksək səviyyəli səfərlərin əməkdaşlığın genişləndirilməsinə və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə töhfə verdiyini vurğulanıb.

Paşinyan: Əbu-Dabidə Azərbaycan Prezidenti ilə görüşümüz oldu

Səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla vitse-prezident Vens arasında təkbətək və geniştərkibli görüşlər olub. Nikol Paşinyan ABŞ Prezidenti Trampa və ötən ilin avqust ayında Ermənistanla Azərbaycan arasında sülhə gətirib çıxaran sammiti təşkil etdiyi üçün vitse-prezident Vensə minnətdarlıq edib: "Bir neçə gün əvvəl Əbu-Dabidə Azərbaycan Prezidenti ilə görüşümüz oldu. Təəssüratımız budur ki, sülhün dönməz hesab edilə biləcəyi nöqtəyə çox yaxınıq. Əsas vəzifəmiz indi sülh prosesinin ən vacib məqamlarından birini - Vaşinqton Bəyannaməsini, TRIPP layihəsini  və bu ilin 14 yanvarında Ermənistan Respublikasının Xarici İşlər Naziri və ABŞ Dövlət Katibi tərəfindən imzalanmış layihənin həyata keçirilməsi üçün Çərçivəyə uyğun olaraq addımlar atmaqdır. 
 

Sülh praktikada özünü göstərir 

Hər iki dövlət rəsmisi görüşdən sonra birgə bəyanatlar veriblər. Paşinyan bildirib ki, ABŞ ilə əməkdaşlıq sülhə və sabitliyə yönəlib: "Mən əminəm ki, bu məqsədə nail olmaq mümkündür və bunu sənədləşdirmək çox vacibdir.  8 avqust 2025-ci ildə bərqərar olan sülh artıq praktikada, reallıqda özünü göstərir. ABŞ ilə Ermənistan arasında əməkdaşlıq dinc əməkdaşlıqdır və həmişə belə olacaq". 

Paşinyan Ermənistan-Amerika münasibətlərinin hazırkı səviyyəsini, iki ölkə arasında münasibətləri yüksək qiymətləndirib. Ermənistan Baş nazirinin sözlərinə görə, İrəvan və Vaşinqton arasındakı münasibətlərin səviyyəsi həmişəkindən daha yüksəkdir. “Vitse-prezident Vens ilə birlikdə münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün böyük potensialı vurğulamağımız çox vacibdir. Bəli, bu gün zirvədəyik, amma qeyd etdiyimiz gündəliyin həyata keçirilməsi əməkdaşlığımızın əhatə dairəsini xeyli genişləndirəcək". 

TRIPP ilə maraqlanan çoxlu kapital var

Çıxış edən Ceyms Di Vens Ermənistanda keçiriləcək parlament seçkilərində Ermənistanın Baş naziri Nikol Paşinyana dəstəyini ifadə edib. O, Paşinyanın proqramların, xüsusən də TRIPP layihəsinin uğurla həyata keçirilməsi üçün uzunmüddətli tərəfdaşlıq qurmağa qadir bir şəxs olduğunu vurğulayıb. “Düşünürəm ki, bu konkret layihə ilə maraqlanan çoxlu kapital var. Dünyanın hər yerində bir çox insan Ermənistana və TRIPP layihəsinə investisiya qoymaqla yaxşı qazanc əldə edə biləcəklərinə inanır. Seçkilərin yaxınlaşdığını bilirəm, bu barədə danışmayacağam, amma dəstəyim hər şeyi ifadə edir. 

Sülh gələcək üçün qurulur…


Vens bildirib ki, Ermənistana səfər edən ilk ABŞ vitse-prezidentidir. Vens Ermənistan və ABŞ arasında tərəfdaşlıqda yeni bir mərhələnin başladığına əminlik ifadə edib. Onun sözlərinə görə, ABŞ prezidenti və Ermənistanın Baş naziri birlikdə çox şeyə nail olublar. “Sülh ehtiyatlı insanlar tərəfindən qurulmur, sülh keçmiş üçün qurulmur, sülh gələcək üçün qurulur. Ermənistanın Baş naziri bizimlə işləyərək həm Ermənistan üçün sülh, həm də rifah qurur".
Vensin sözlərinə görə, İrəvan və Vaşinqton arasında imzalanan müqavilə sayəsində ABŞ NVIDIA üçün bir sıra patentləri təsdiqləyib ki, bu da həm Amerika, həm də Ermənistan şirkətləri üçün yeni bazarlar və yeni iş yerləri deməkdir. "Bunlar dünyanın əksər ölkələrində olmayan yarımkeçiricilərdir. Və burada, Ermənistanda onlar artıq Baş nazir Paşinyanın liderliyi sayəsində qurulur (süni intellekt məlumat mərkəzinə istinadən)". 
TRIPP layihəsinə toxunan Vens bildirib ki, Paşinyanla görüşdə prosesi  sürətləndirməyin yollarını müzakirə ediblər. Onun sözlərinə görə, Paşinyan da mümkün qədər tez irəliləyiş əldə etməkdə maraqlıdır, çünki iqtisadi rifah həm sülh, həm də inkişaf üçün yaxşıdır: "Burada əsas sual sülhməramlılığı növbəti mərhələyə necə aparacağımızdır. Əlbəttə ki, bu, bir gecədə baş verməyəcək, amma biz artıq 8 avqustdan bəri əhəmiyyətli irəliləyiş əldə etmişik”. 

9 milyard investisiya… 

Vens mülki nüvə enerjisinə 9 milyard dollara qədər investisiya qoyuluşunun mümkünlüyünü açıqlayıb. O qeyd edib ki, Ermənistan və ABŞ mülki nüvə enerjisi sahəsində danışıqları başa çatdırıb və bu, genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün geniş imkanlar açıb. "Bu müqailə Amerika və Ermənistan şirkətləri arasında mülki nüvə layihələri üzrə müqavilələrin bağlanması üçün yol açacaq. Bu, ABŞ-dan ilkin olaraq 5 milyard dollara qədər ixrac, üstəgəl yanacaq və texniki xidmət müqavilələri şəklində əlavə 4 milyard dollarlıq uzunmüddətli dəstək deməkdir. Bu, klassik qarşılıqlı faydalı vəziyyətdir. Bu, mənim ölkəm üçün daha böyük enerji təhlükəsizliyi deməkdir və düşünürəm ki, bu, həm də Ermənistan üçün daha böyük enerji təhlükəsizliyi deməkdir." 

Birgə bəyanat imzalandı…

Qeyd edək ki, Ermənistan hərbi və müdafiə tərəfdaşlığı çərçivəsində ABŞ-dan V-BAT pilotsuz uçuş aparatları alıb. Bundan başqa, Nikol Paşinyan və ABŞ vitse-prezidenti "Ermənistan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlıq sazişi üzrə danışıqların başa çatması haqqında Birgə Bəyanat"ı imzalayıblar. Paşinyan bildirib ki, bu müqavilə Ermənistan ilə ABŞ arasında enerji tərəfdaşlığının dərinləşməsində yeni bir səhifə açacaq və təhlükəsiz, innovativ texnologiyaların tətbiqi yolu ilə Ermənistanın enerji resurslarının şaxələndirilməsinə töhfə verəcək. “Mən həmçinin ABŞ-ın Ermənistana nüvə təhlükəsizliyi sahəsində uzunmüddətli dəstəyinə görə minnətdarlığımı bildirdim və hər iki ölkə üçün vacib olan sahələrdə sektor əməkdaşlığını daha da inkişaf etdirməyə hazır olduğumu ifadə etdim”, - deyə Paşinyan bildirib. 

SADİQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Fevral 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri