Icma.az
close
up
RU
Vərəm infeksiyasına hər bir insan yoluxa bilər!

Vərəm infeksiyasına hər bir insan yoluxa bilər!

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hətta müasir cəmiyyətdə vərəm ən təhlükəli infeksiyalardan biri sayılır.

Vərəm tək ağciyərləri deyil, insanın, demək olar, bütün orqanları zədələyə bilir (sümükləri, oynaqları, limfatik düyünləri, gözləri, dərini, cinsiyyət və sidik ifrazatı orqanlarını, yoğun bağırsağı və s.).

Hal hazırda bu xəstəlik uğurla və tam müalicə olunur. Lakin buna baxmayaraq hər il bütün dünyada bu xəstəliyə tutulan və bu xəstəlikdən həlak olan insanların sayı da artır...

Vərəm infeksiyasına hər bir insan yoluxa bilər. Məhz bu səbəbdən hər bir insan bu xəstəliyinin erkən simptomlarını və onun profilaktik üsullarını bilməlidir.

Vərəmin ilkin simptomları:

- səbəbsiz və tez-tez baş verən yorğunluq;

- halsızlıq;

- iş qabiliyyətinin kəskin azalması (uşaqlar məktəbdə pis oxumağa başlayır);

- təngnəfəslik;

- iştahanın və çəkinin azalması;

- gecə tərləmələri;

- uzunsürən öskürək (soyuqdəymə, bronxit, pnevmoniya zamanı olan öskürəklə müqayisədə vərəm zamanı öskürək çox uzun çəkir və heç bir müalicəyə baxmayaq keçmir);

- hərarətin "səbəbsiz olaraq" 37,2-37,8 C-yə qədər qalxması;

- əsəbilik.

Bu simptomların heç olmazsa bir neçəsini müşahidə etdikdə, mütləq həkimə müraciət edin.

Bir çox hallarda insanlar vərəmin bu simptomlarına fikir vermir və onları yorğunluq, stress, digər xəstəliklər və pozulmalarla izah edirlər. İnsanların əksəriyyətində vərəm məhz üzücü qanlı öskürəklə assosiasiya olunur. Lakin bu belə deyil. Xəstəliyin ilkin mərhələlərində öskürək olmaya da bilər.

Vərəmin məhz ilkin mərhələlərində aşkar olunması çox vacibdir! Bu halda xəstə vərəmdən tam müalicə olunur. Gecikmiş mərhələlərdə aşkar olunmuş vərəm isə çətinliklə müalicə olunur və insanın bütün həyatına mənfi təsir edir.

Vərəmin profilaktikası

Həkimlər sübut edir ki, insanların əksəriyyəti həyat boyu vərəm infeksiyasına tutulur. (Bu infeksiya çox yayılmış və davamlıdır.) Lakin buna baxmayaraq, həkimlərin fikirinə görə, bu infeksiyaya yoluxmuş insanlardan yalnız 5%-də vərəm xəstəliyi inkişaf edir. Bəzən bu xəstəliyi keçirməmiş və digər səbəblərə görə vəfat etmiş insanların meyitlərinin yarılması zamanı həkimlər vərəm çapıqları və bu xəstəliyə işarə edən digər əlamətlər aşkar edir. Bu o deməkdir ki, vərəm infeksiyasına tutulmuş insanların bir çox hissəsi bu xəstəliyi özləri bilmədən gizli şəkildə keçirir və tam sağalırlar.

Ümumiyyətlə sağlam və möhkəm insan orqanizmi vərəm infeksiyası üçün yaxşı "sığınacaq" deyil. Burada infeksiya tam məhv olunur və ya tam zərərsizləşdirilir.

Vərəmin qeyri-spesifik profilaktikası immunitetin daim möhkəmləndirilməkdən ibarətdir. Lakin bunun üçün orqanizmə kömək etmək lazımdır. Bunu necə etmək olar?

- İnsan daim (!) tamdəyərli və keyfiyyətli qidalanmalıdır. Süd məhsulları, ət, təzə meyvə-tərəvəz insanın gündəlik rasionunda olmalıdır. Süd məhsullarını xüsusilə vurğulamaq lazımdır. Bu məhsulların tərkibində olan kalsiumun köməyilə insan orqanizmi vərəm infeksiyası ocaqlarının ətrafında sanki divar (əhəngli yığınlar) tikir ki, daha sonra infeksiya bu "divarı" keçə bilmir və nəticədə bütün orqanizmə yayılmır. Bu üsulla orqanizm infeksiyanı zərərsizləşdirir. Lakin kalsium orqanizmə kifayət miqdarlarda daxil olmadıqda bu əhəngli yığınlar sorula bilər ki, nəticədə burada qapadılmış infeksiya orqanizmə yayıla bilər.

Arıqlamaq məqsədi ilə tutulan uzunmüddətli və xüsusilə balanslaşdırılmamış (hər hansı 1 məhsulla qidalanma - məsələn, alma pəhrizi, qarabaşaq pəhrizi və s.) pəhizlər insanda vərəmin inkişafına təkan verə bilər.

- Bir çox xəstəliklərin (o cümlədən, vərəmin) inkişafı insanlarda ağır streslərdən, həyacanlanmalardan, sarsıntılardan sonra baş verir ki, bu zaman insanın immun sisteminin kəskin zəifləməsi baş verir. Bu səbəbdən insan mümkün qədər streslərdən uzaq olmağa çalışmalıdır.

- İnsan hər gün açıq havada olmalıdır. Açıq havada keçirilən idman məşğələləri (qaçmaq, bədən tərbiyyəsi ilə məşğul olmaq, velosiped sürmək və s.) xüsusilə xeyirlidir.

- Yaşadığı evin və ev əşyalarının daim təzmizlənməsi və evin havasının dəyişilməsi (gündə ən azı 2 dəfə 30 dəqiqə ərzində) də vərəmin və bir çox digər infeksiyaların yayılmasına maneçilik törədir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see471

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see457

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see382

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see228

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see224

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see215

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see208

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see207

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see190

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see188

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see182

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see182

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see181

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see179

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see178

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see174

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see173

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see172

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see168

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri