Icma.az
close
up
RU
Vərəsəlik hüququ və şərtləri Kimlər mirasdan pay ala bilər?

Vərəsəlik hüququ və şərtləri Kimlər mirasdan pay ala bilər?

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Ölkəmizdə miras qoyanın vəfatından sonra əmlakın vərəsələrə düzgün və vaxtında köçürülməsi üçün qanunvericilikdə müəyyən müddətlər və qaydalar nəzərdə tutulub. 

Bu barədə Moderator.az-a danışan Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib ki, Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Mülki Məcəllənin 1246-cı maddəsi qüvvədən düşmüş hesab edildiyindən “Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.” Müddəası da qüvvədən düşmüşdür:

“Belə ki, əvvəlki qaydaya görə, mirasın qəbulu üçün notariat ofisinə yaxınlaşmaqla bağlı konkret müddət – 6 ay nəzərdə tutulmuşdu.

Ancaq Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı qəbul edildikdən sonra hər hansı bir gündə miras qoyanın ölümü nəticəsində yaranan vərəsəlik münasibətləri ilə bağlı artıq müddət tələbi yoxdur.

 Bu o deməkdir ki, miras qoyan şəxs  hər hansı bir gündə vəfat edibsə, şəxsin vəfat tarixindən sonra istənilən zaman şəhadətnamələr üçün müraciət oluna bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən vərəsə mirasdan 3 ay ərzində notariat qaydasında imtina etməzsə, mirası qəbul etmiş hesab ediləcəkdir.

Vərəsəlik hüquq münasibətləri Azərbaycan Respublikasıın Mülki Məcəlləsi (10-cu bölmə), "Notariat haqqında" Qanun və digər hüquq normaları ilə tənzimlənir.

Qanun üzrə vərəsələrin miras almaq hüququnun yaranması aşağıda göstərilən növbədə müəyyən edilmişdir:

-        1-ci növbə: ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər);

-        2-ci növbə ölənin bacıları və qardaşları;

-        3-cü növbə həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası;

-        4-cü növbə xalalar və bibilər, dayılar və əmilər;

-        5-ci növbə xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları”.

Hüquqşünas qeyd edib ki, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyətnamə tərtib etməklə qoya bilər:

“Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Dekabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri