Vergi ödəyicilərinə xidmət mərkəzlərində 658 mindən çox xidmət göstərilib
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Cari ilin yanvar-sentyabr ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 400 min 866 müraciət qəbul edilib.
Dövlət Vergi Xidmətindən XQ-yə bildirilib ki, həmin müraciətlər üzrə 658 min 137 sayda xidmət göstərilib.
Xidmət mərkəzlərində əməliyyat xarakterli müraciətlər, əsasən, aşağıdakılardan ibarət olub və ümumi xidmətlərin sayında xüsusi çəkisi 54,8 faiz təşkil edib:
• Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
• Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
• Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
• “ASAN İmza” sertifikatlarının verilməsi;
• Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
• Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
• Vergi ödəyicisinə arayışların verilməsi;
• Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);
• Fiziki şəxsin uçotdan çıxarılması.
2026-cı ilin yanvar-sentyabr ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 20,6 min yazılı müraciət cavablandırılıb, onlara 18,5 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. 3971 vergi ödəyicisinin iştirakı ilə 285 görüş keçirilib, 4883 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin məlumatlandırılması istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə onların mobil nömrələrinə 3,3 milyon SMS göndərilib.
Yanvar-sentyabr ayları ümumilikdə 220 min 299 müraciət üzrə 345 min 522 “ASAN İmza” sertifikatı verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 19 Oktyabr 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















