Icma.az
close
up
RU
Vergi qalmaqalı ilə gündəmə gələn Okean Avtosalon da yeni cinayət işi

Vergi qalmaqalı ilə gündəmə gələn Okean Avtosalon da yeni cinayət işi

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda milyonlarla manatlıq vergi pozuntuları ilə gündəmə gələn "Okean Avtosalon”un hüquqşünası həbs edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü, Şəmkir rayonunun Seyfəli kənd sakini C.B. barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq — etibarın sui-istifadəsi ilə) və 178.2.3 (külli miqdarda ziyan vurmaqla) maddələri ilə cinayət işi açılıb və məhkəmədə baxılıb.

Araşdırmalar zamanı məlum olub ki, C.B. 2024-cü il iyunun 1-də "Okean Avto 2011” MMC-yə hüquqşünas vəzifəsinə qəbul olunub. İşə başlamazdan əvvəl mərc oyunlarına aludə olduğuna və uduzduğuna görə xeyli borcu yaranıb. O, borclarını ödəmək məqsədilə şirkətə məxsus avtomobil satışlarından əldə olunan pulların bir qismini götürərək mərc oyunlarında istifadə edib. Lakin həmin vəsaiti də uduzub.

Bundan başqa, o, MMC-yə kredit borcu olan bir neçə şəxsdən - Rasim adlı şəxsdən 5.000 manat, D.J.-dan 2.200 manat, Fəqan Məmmədovdan 6.784 manat, H.H.-dan 3.351 manat, digər şəxsdən 3.200 manat, Orxan İsmayılovdan 2.950 manat və D.O.-dan 1.550 manat alaraq, şirkətə təhvil verməyib və şəxsi ehtiyaclarına xərcləyib.

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Şöbəsinin arayışına əsasən, təqsirləndirilən şəxs əmək qabiliyyəti olmayan və III qrup əlildir.

Məhkəmənin hökmü ilə C.B. 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, bu müddətdə elektron qolbaqla nəzarətdə saxlanılacaq və əlavə olaraq 1 il 6 ay müddətinə rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Okean Avtosalon”da keçirdiyi səyyar yoxlamalar nəticəsində də külli miqdarda vergi pozuntuları aşkar edilib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri