Icma.az
close
up
RU
Vergi və Mühasibatlıq Zirvəsi yadda qalan olacaq MÜSAHİBƏ

Vergi və Mühasibatlıq Zirvəsi yadda qalan olacaq MÜSAHİBƏ

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

1 mart tarixində Gülüstan sarayında keçiriləcək Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək. Tədbir iştirakçılara yalnız sektordakı ən aktual trendləri öyrənmək deyil, həm də bu sahədəki ən qabaqcıl texnologiyalar və metodologiyalarla tanış olmaq imkanı təqdim edəcək. 

"Operativ Məlumat Mərkəzi-OMM" zirvənin təşkilatçıları ilə müsahibəni təqdim edir:

“Facemark” şirkətinin təsisçisi Rafiq Hunaltay
 

1. - “Facemark” və “Good Finance” şirkətlərinin təşkilatçılığı ilə ölkəmizdə artıq III dəfədir Vergi və Mühasibatlıq Zirvəsi keçirirsiniz. Keçən ilki tədbir öz möhtəşəmliyi ilə yadda qalmışdı. Bu il tədbirdə bizi hansı yeniliklər gözləyir?

- Biz Facemark şirkəti olaraq ölkəmizdə müxtəlif sahələrə dair tədbirlər təşkil edirik. Bunlardan biri də insanların hər il maraqla gözlədiyi Vergi və Mühasibatlıq Zirvəsidir. Hansı ki bu il 3-cü dəfə Good Finance şirkəti ilə birlikdə təşkil edirik. Tədbir bu il daha innovativ və maraqlı yeniliklərlə yadda qalacaq. Öncəki illərin uğurunu nəzərə alaraq, bu il tədbirin məzmunu daha da genişləndiririk. Müzakirə mövzuları da bir qədər fərqlənəcək – vergi və mühasibatlıq sahəsindəki yeni qanunvericilik dəyişikləri, rəqəmsal texnologiyaların tətbiqi, mühasibatlıq sistemlərində süni intellektin istifadəsi kimi mövzulara geniş yer veriləcək. Hər tədbirimizdə olduğu kimi VMZ2025-də də iştirakçılara peşəkar əlaqələr qurmaq, yeni biliklər əldə etmək və sahənin öncül mütəxəssisləri ilə bir araya gəlmək imkanı təqdim ediləcək.

2. - Hazırda təşkilati işlər hansı mərhələdədir? Ümumiyyətlə, tədbirə maraq VMZ2024-lə müqayisədə nə dərəcədədir?

- Hazırda təşkilati işlər sürətlə irəliləyir. Tədbirin məkan və proqram məsələləri artıq dəqiqləşib, spikerlər və mütəxəssislərlə əlaqələr qurulub. İştirakçılar üçün qeydiyyat prosesinə başlanılıb və tədbirə hazırlıq məqsədilə müxtəlif marketinq və reklam kampaniyaları həyata keçirilir.

Öncəki illərə nisbətən iştirakçılar arasında maraq əhəmiyyətli dərəcədə artıb. Bu il iştirakçılar daha geniş bir auditoriyanı əhatə edəcək, çünki mühasibatlıq və vergi sahəsindəki yeniliklərə maraq böyükdür. Yeni qanunvericilik, rəqəmsal texnologiyaların tətbiqi və bu sahədəki dəyişikliklər, xüsusən biznes sahəsindəki peşəkarlar üçün tədbirin əhəmiyyətini artırıb. Bu da tədbirə olan marağın yüksəlməsinə əsas səbəbdir.

3. - Zirvədə iştirak etmək istəyən oxuculara nələr demək istəyərdiniz?

- Əsas olaraq onu qeyd edim ki, vergi və mühasibatlıq sahəsində daha dərindən məlumat əldə etmək, sektordakı yeni trendləri və qanunvericilik dəyişikliklərini öyrənmək istəyirsinizsə, bu zirvə sizin üçün möhtəşəm bir fürsətdir. Həmçinin, bu ilki zirvə iştirakçılara daha çox interaktiv imkanlar və praktik biliklər təqdim edəcək, buna görə də düşünürəm ki, VMZ2025 çox faydalı olacaq.
 

“Good Finans” şirkətinin direktoru Vüsal Səlimov
 

1. Ölkəmizdə III dəfədir ki, “Vergi və Mühasibatlıq Zirvəsi” keçirilir. Bu “Zirvə”nin uğuru sizcə nələrdir?

- “Vergi və Mühasibatlıq Zirvəsi” ölkəmizdə artıq üçüncü dəfədir ki, keçirilir və hər il artan maraqla qarşılanır. Bu zirvə, vergi və mühasibatlıq sahəsində çalışan peşəkarların bilik və təcrübə mübadiləsi üçün unikal platforma yaradır. Əvvəlki tədbirlərdə yüzlərlə mütəxəssis, sahibkar və dövlət nümayəndəsi iştirak edərək, sahə üzrə yenilikləri müzakirə etmiş və şəbəkələşmə imkanlarından faydalanmışdır. Bu uğur, tədbirin yüksək səviyyədə təşkil olunması və mövzuların aktuallığı ilə əlaqədardır.

2. “Zirvə”də neçə spiker nəzərdə tutulub? Spikerlər hansı amillərə əsasən seçilib dəvət edilir? Yerli yoxsa xarici spikerlər üstünlük təşkil edəcək?

- Bu ilki “Zirvə”də üç panel üzrə müzakirələr aparılması planlaşdırılır:

1. Maliyyə riskləri və uçot

2. Peşəkar Mühasib Sertifikatı: qızıl bilet, yoxsa məcburiyyət?

3. Vergilər: menecment və vizyon

Panellərdə ümumilikdə 16 spikerin iştirakə nəzərdə tutulub. Spikerlərin seçimi zamanı onların sahə üzrə dərin bilik və təcrübəsi, həmçinin aktual mövzulara dair məlumatlılığı nəzərə alınır. Əsas məqsəd, iştirakçılara ən son yenilikləri və praktiki tövsiyələri təqdim etməkdir.

3. “Zirvə”də iştirak etmək istəyən oxuculara nələr demək istəyərdiniz?

- “Zirvə”də iştirak etmək istəyənlərə tövsiyəm odur ki, bu fürsəti qaçırmasınlar. Tədbir, vergi və mühasibatlıq sahəsindəki yenilikləri öyrənmək, peşəkar əlaqələr qurmaq və biliklərini artırmaq istəyən hər kəs üçün əvəzsiz bir platformadır. Əvvəlki illərdə iştirak edənlər tədbirin faydalılığını yüksək qiymətləndirmişlər. Bu il də maraqlı müzakirələr və dəyərli təqdimatlar gözlənilir.
 

"Good Finance" şirkətinin vergi konsultantı Teymur Əşrəf
 

1. Teymur bəy, “Vergi və Mühasibatlıq Zirvəsi”nin yerli şirkətlərə və ümumilikdə biznes mühitinə nə kimi faydaları olacaq?

- “Vergi və Mühasibatlıq Zirvəsi” ölkəmizdə biznes mühitinin inkişafına böyük töhfə verir. Əvvəlki iki “Zirvə”də mühasibatlıq və vergi sistemindəki yeniliklər geniş müzakirə olunub, iştirakçılar sektordakı qlobal tendensiyalarla tanış olublar. Bu tədbirlər nəticəsində yerli şirkətlər daha effektiv idarəetmə modellərini mənimsəyərək, biznes dinamikasında mühasibatlıq və vergi sahələrinin əhəmiyyəti ətraflı müzakirə olunub. İndiki dinamik iş dünyasında, dəqiq maliyyə məlumatları əsasında qərarlar qəbul etmək mütləqdir və bu “Zirvə” şirkətlərə həmin bilikləri tətbiq etməyi öyrədir. Bundan əlavə, tədbir müxtəlif sektorlarda fəaliyyət göstərən mütəxəssislər arasında əlaqələr qurulmasına da şərait yaradır ki, bu da ümumilikdə biznes ekosistemini daha dayanıqlı edir.

2. Bu il zirvənin sloqanı “Hesabın gücü” seçilib. Sloqan ideyası necə yaranıb?

- Hesabın gücü” sloqanı müasir biznes dünyasında mühasibatlıq və maliyyə sistemlərinin oynadığı kritik rolu vurğulayır. Əvvəlki “Zirvə”lərdə əldə olunan nəticələr göstərdi ki, hər uğurlu biznes strategiyasının arxasında dəqiq hesablar və məlumatların təhlili dayanır. Bu sloqan, mühasibatlıq və vergi sahəsinin yalnız əməliyyat deyil, həm də strateji qərarların verilməsində əsas rol oynadığını ifadə edir. Həmçinin, sloqan biznesin dinamikasına uyğun olaraq mühasibatlıq və vergi sistemlərinin bir-birinə inteqrasiya edilməsinin zəruriliyini də simvollaşdırır. İdeya, iqtisadi idarəetmənin mahiyyətini vurğulamaq və sahə mütəxəssislərinin gördüyü işlərin dəyərini ön plana çəkmək məqsədilə formalaşıb.

3. “Zirvə”də iştirak etmək istəyən oxuculara nələr demək istəyərdiniz?

- “Zirvə”də iştirak etməklə, hər bir mütəxəssis və sahibkar, biznes idarəçiliyinə fərqli yanaşma tərzini öyrənəcək. Əvvəlki “Zirvə”lərdən fərqli olaraq, bu il iştirakçılar üçün daha interaktiv formatlar hazırlanıb ki, bu da onları sektorda mövcud olan ən yaxşı təcrübələrlə tanış edəcək. Tədbirə qatılmaq, yalnız yeni biliklər əldə etmək deyil, həm də peşəkar şəbəkənizi genişləndirmək üçün əvəzolunmaz fürsətdir. “Hesabın gücü”nü öz bizneslərində tətbiq etmək istəyən hər kəsi Zirvədə görməkdən məmnun olacağıq. Əminəm ki, bu tədbir həm şəxsi, həm də korporativ inkişafınıza töhfə verəcək.

Təşəkkür edirik!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 14 Yanvar 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri