Icma.az
close
up
RU
Vergi və Mühasibatlıq Zirvəsi bu il daha innovativ və maraqlı yeniliklərlə yadda qalacaq

Vergi və Mühasibatlıq Zirvəsi bu il daha innovativ və maraqlı yeniliklərlə yadda qalacaq

Report.az saytına istinadən Icma.az xəbər verir.

Martın 1-də Gülüstan sarayında Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək. Tədbir iştirakçılara yalnız sektordakı ən aktual trendləri deyil, həm də bu sahədəki ən qabaqcıl texnologiyalar və metodologiyalarla tanış olmaq imkanı təqdim edəcək. Zirvənin təşkilatçıları ilə müsahibəni təqdim edirik.

Həmin müsahibəni təqdim edirik:

“Facemark” şirkətinin təsisçisi Rafiq Hunaltay

- “Facemark” və “Good Finance” şirkətlərinin təşkilatçılığı ilə ölkəmizdə artıq III dəfədir Vergi və Mühasibatlıq Zirvəsi keçirirsiniz. Keçən ilki tədbir öz möhtəşəmliyi ilə yadda qalmışdı. Bu il tədbirdə bizi hansı yeniliklər gözləyir?

- Biz "Facemark" şirkəti olaraq ölkəmizdə müxtəlif sahələrə dair tədbirlər təşkil edirik. Bunlardan biri də insanların hər il maraqla gözlədiyi Vergi və Mühasibatlıq Zirvəsidir. Hansı ki bu il 3-cü dəfə "Good Finance" şirkəti ilə birlikdə təşkil edirik. Tədbir bu il daha innovativ və maraqlı yeniliklərlə yadda qalacaq. Öncəki illərin uğurunu nəzərə alaraq, bu il tədbirin məzmunu daha da genişləndiririk. Müzakirə mövzuları da bir qədər fərqlənəcək – vergi və mühasibatlıq sahəsindəki yeni qanunvericilik dəyişikləri, rəqəmsal texnologiyaların tətbiqi, mühasibatlıq sistemlərində süni intellektin istifadəsi kimi mövzulara geniş yer veriləcək. Hər tədbirdə olduğu kimi VMZ2025-də də iştirakçılara peşəkar əlaqələr qurmaq, yeni biliklər əldə etmək və sahənin öncül mütəxəssisləri ilə bir araya gəlmək imkanı təqdim ediləcək.

- Hazırda təşkilati işlər hansı mərhələdədir? Ümumiyyətlə, tədbirə maraq VMZ2024-lə müqayisədə nə dərəcədədir?

- Hazırda təşkilati işlər sürətlə irəliləyir. Tədbirin məkan və proqram məsələləri artıq dəqiqləşib, spikerlər və mütəxəssislərlə əlaqələr qurulub. İştirakçılar üçün qeydiyyat prosesinə başlanılıb və tədbirə hazırlıq məqsədilə müxtəlif marketinq və reklam kampaniyaları həyata keçirilir.

Öncəki illərə nisbətən iştirakçılar arasında maraq əhəmiyyətli dərəcədə artıb. Bu il iştirakçılar daha geniş bir auditoriyanı əhatə edəcək, çünki mühasibatlıq və vergi sahəsindəki yeniliklərə maraq böyükdür. Yeni qanunvericilik, rəqəmsal texnologiyaların tətbiqi və bu sahədəki dəyişikliklər, xüsusən biznes sahəsindəki peşəkarlar üçün tədbirin əhəmiyyətini artırıb. Bu da tədbirə olan marağın yüksəlməsinə əsas səbəbdir.

- Zirvədə iştirak etmək istəyən oxuculara nələr demək istəyərdiniz?

- Əsas olaraq onu qeyd edim ki, vergi və mühasibatlıq sahəsində daha dərindən məlumat əldə etmək, sektordakı yeni trendləri və qanunvericilik dəyişikliklərini öyrənmək istəyirsinizsə, bu zirvə sizin üçün möhtəşəm bir fürsətdir. Həmçinin, bu ilki zirvə iştirakçılara daha çox interaktiv imkanlar və praktik biliklər təqdim edəcək, buna görə də düşünürəm ki, VMZ2025 çox faydalı olacaq.

“Good Finans” şirkətinin direktoru Vüsal Səlimov

- Ölkəmizdə III dəfədir ki, “Vergi və Mühasibatlıq Zirvəsi” keçirilir. Bu “Zirvə”nin uğuru sizcə nələrdir?

- “Vergi və Mühasibatlıq Zirvəsi” ölkəmizdə artıq üçüncü dəfədir ki, keçirilir və hər il artan maraqla qarşılanır. Bu zirvə, vergi və mühasibatlıq sahəsində çalışan peşəkarların bilik və təcrübə mübadiləsi üçün unikal platforma yaradır. Əvvəlki tədbirlərdə yüzlərlə mütəxəssis, sahibkar və dövlət nümayəndəsi iştirak edərək, sahə üzrə yenilikləri müzakirə etmiş və şəbəkələşmə imkanlarından faydalanmışdır. Bu uğur, tədbirin yüksək səviyyədə təşkil olunması və mövzuların aktuallığı ilə əlaqədardır.

​​​​​​​- “Zirvə”də neçə spiker nəzərdə tutulub? Spikerlər hansı amillərə əsasən seçilib dəvət edilir? Yerli yoxsa xarici spikerlər üstünlük təşkil edəcək?

- Bu ilki “Zirvə”də üç panel üzrə müzakirələr aparılması planlaşdırılır:

1. Maliyyə riskləri və uçot

2. Peşəkar Mühasib Sertifikatı: qızıl bilet, yoxsa məcburiyyət?

3. Vergilər: menecment və vizyon

Panellərdə ümumilikdə 16 spikerin iştirakə nəzərdə tutulub. Spikerlərin seçimi zamanı onların sahə üzrə dərin bilik və təcrübəsi, həmçinin aktual mövzulara dair məlumatlılığı nəzərə alınır. Əsas məqsəd, iştirakçılara ən son yenilikləri və praktiki tövsiyələri təqdim etməkdir.

​​​​​​​- “Zirvə”də iştirak etmək istəyən oxuculara nələr demək istəyərdiniz?

- “Zirvə”də iştirak etmək istəyənlərə tövsiyəm odur ki, bu fürsəti qaçırmasınlar. Tədbir, vergi və mühasibatlıq sahəsindəki yenilikləri öyrənmək, peşəkar əlaqələr qurmaq və biliklərini artırmaq istəyən hər kəs üçün əvəzsiz bir platformadır. Əvvəlki illərdə iştirak edənlər tədbirin faydalılığını yüksək qiymətləndirmişlər. Bu il də maraqlı müzakirələr və dəyərli təqdimatlar gözlənilir.

"Good Finance" şirkətinin vergi konsultantı Teymur Əşrəf

​​​​​​​- Teymur bəy, “Vergi və Mühasibatlıq Zirvəsi”nin yerli şirkətlərə və ümumilikdə biznes mühitinə nə kimi faydaları olacaq?

- “Vergi və Mühasibatlıq Zirvəsi” ölkəmizdə biznes mühitinin inkişafına böyük töhfə verir. Əvvəlki iki “Zirvə”də mühasibatlıq və vergi sistemindəki yeniliklər geniş müzakirə olunub, iştirakçılar sektordakı qlobal tendensiyalarla tanış olublar. Bu tədbirlər nəticəsində yerli şirkətlər daha effektiv idarəetmə modellərini mənimsəyərək, biznes dinamikasında mühasibatlıq və vergi sahələrinin əhəmiyyəti ətraflı müzakirə olunub. İndiki dinamik iş dünyasında, dəqiq maliyyə məlumatları əsasında qərarlar qəbul etmək mütləqdir və bu “Zirvə” şirkətlərə həmin bilikləri tətbiq etməyi öyrədir. Bundan əlavə, tədbir müxtəlif sektorlarda fəaliyyət göstərən mütəxəssislər arasında əlaqələr qurulmasına da şərait yaradır ki, bu da ümumilikdə biznes ekosistemini daha dayanıqlı edir.

​​​​​​​- Bu il zirvənin sloqanı “Hesabın gücü” seçilib. Sloqan ideyası necə yaranıb?

- Hesabın gücü” sloqanı müasir biznes dünyasında mühasibatlıq və maliyyə sistemlərinin oynadığı kritik rolu vurğulayır. Əvvəlki “Zirvə”lərdə əldə olunan nəticələr göstərdi ki, hər uğurlu biznes strategiyasının arxasında dəqiq hesablar və məlumatların təhlili dayanır. Bu sloqan, mühasibatlıq və vergi sahəsinin yalnız əməliyyat deyil, həm də strateji qərarların verilməsində əsas rol oynadığını ifadə edir. Həmçinin, sloqan biznesin dinamikasına uyğun olaraq mühasibatlıq və vergi sistemlərinin bir-birinə inteqrasiya edilməsinin zəruriliyini də simvollaşdırır. İdeya, iqtisadi idarəetmənin mahiyyətini vurğulamaq və sahə mütəxəssislərinin gördüyü işlərin dəyərini ön plana çəkmək məqsədilə formalaşıb.

​​​​​​​- “Zirvə”də iştirak etmək istəyən oxuculara nələr demək istəyərdiniz?

- “Zirvə”də iştirak etməklə, hər bir mütəxəssis və sahibkar, biznes idarəçiliyinə fərqli yanaşma tərzini öyrənəcək. Əvvəlki “Zirvə”lərdən fərqli olaraq, bu il iştirakçılar üçün daha interaktiv formatlar hazırlanıb ki, bu da onları sektorda mövcud olan ən yaxşı təcrübələrlə tanış edəcək. Tədbirə qatılmaq, yalnız yeni biliklər əldə etmək deyil, həm də peşəkar şəbəkənizi genişləndirmək üçün əvəzolunmaz fürsətdir. “Hesabın gücü”nü öz bizneslərində tətbiq etmək istəyən hər kəsi Zirvədə görməkdən məmnun olacağıq. Əminəm ki, bu tədbir həm şəxsi, həm də korporativ inkişafınıza töhfə verəcək.

- Təşəkkür edirik!

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://report.az
archiveBu xəbər 15 Yanvar 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri