Icma.az
close
up
RU
Vergi Xidməti: Tütün məhsullarının qutuları üzərində aksiz markasının olmasına ehtiyac yoxdur

Vergi Xidməti: Tütün məhsullarının qutuları üzərində aksiz markasının olmasına ehtiyac yoxdur

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar mağazalarda satılan bəzi siqaret məhsullarında aksiz markalarının olmaması müşahidə edilir. Bu vəziyyət istehlakçılar arasında suallar yaradır. Mağaza sahibləri və satıcılar bu məhsulların istehsalçılar tərəfindən aksiz markasız təqdim edildiyini bildirirlər. Azərbaycan qanunvericiliyinə əsasən, aksiz markaları və məcburi nişanlama sistemləri dövriyyədə olan məhsulların nəzarət altına alınması və vergi tənzimlənməsi məqsədilə tətbiq edilir.

Bununla əlaqədar "Report"un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, artıq məcburi nişanlanma mexanizmi tətbiq edildiyindən tütün məhsullarının qutuları üzərində aksiz markasının olmasına ehtiyac yoxdur.

Qeyd edilib ki, Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli Qərarı ilə "Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların ölkə ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları" təsdiqlənib.

Həmin qaydalara əsasən, tütün məmulatlarına, elektron siqaretlər üçün mayeyə, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlərə, "homogenləşdirilmiş" və ya "bərpa edilmiş" tütünlərə, çeynənilən və ya buruna çəkilən tütünlərə, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyicilərinə, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullara və birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinə yalnız məcburi nişanlama tətbiq olunur.

Məcburi nişanlama dedikdə qaydalarla müəyyən olunmuş malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara tətbiq olunan məcburi nişanlama kodu və digər qoruyucu elementlər nəzərdə tutulur. Qaydalara əsasən, məcburi nişanlama "DataMatrix" şəklində olmaqla özündə yuxarıda qeyd edilən mal nümunələrinin qutularının üzərinə yerləşdirilir. "DataMatrix" kodu informasiyanı qrafik şəkildə təsvir edən düzbucaqlı və ya kvadrat şəklində yaradılmış qara və ağ xanalardan ibarət olan ikiölçülü (2D) matriks ştrixkoddur.

Beləliklə, sözügedən mallara tətbiq olunan məcburi nişanlama həmin malların istehsalçıları (o cümlədən Azərbaycan Respublikasından kənardakı istehsalçılar) tərəfindən hər bir malın aşağı künc və ya yan hissəsinə birbaşa çap üsulu ilə yerləşdirilir və ya məcburi nişanlamanın maldan ayrılmasına imkan verməyən başqa bir üsulla nişanlamanın bütövlüyünü və xüsusi cihazla oxunaqlılığını pozmadan tətbiq edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Noyabr 2024 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri