Icma.az
close
up
RU
Sədr: Tütün məhsullarının qiymətinin dəfələrlə artırılmasını dəstəkləyirik

Sədr: Tütün məhsullarının qiymətinin dəfələrlə artırılmasını dəstəkləyirik

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti artıb. Məlumata görə, "Keno" markalı siqaretlərin "boz nazik" və kompakt çeşidinin qiyməti 0,20 qəpik bahalaşıb. 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  Demokrat.az-a açıqlamasında bildirib ki, tütün və siqaret məhsullarının qiymətləri elə səviyyəyə qaldırılmalıdır ki, bu məhsullar geniş ictimaiyyət üçün əlçatmaz olsun:
“Azərbaycan bu məsələdə Türkiyədən çox da geri qalmır. Türkiyədə tütün istifadəsi ciddi səviyyədə artıb, xüsusilə qadınlar və gənclər arasında. Təəssüf ki, bu tendensiya Azərbaycanda da müşahidə olunur və bu, narahatedici haldır. Mən müxtəlif ölkələrdə olmuşam – həm kasıb, həm də inkişaf etmiş ölkələrdə. Ancaq heç birində Azərbaycandakı kimi geniş yayılmış siqaret istifadəsinə rast gəlməmişəm. Məsələn, Filippin paytaxtı Manila şəhərində siqaret satışına məhdudiyyətlər var, mağazalarda satılmır, gizli yerlərdə satılır. Avstraliyada isə siqaret tapmaq demək olar ki, mümkün deyil. Taylandda insanlar siqaret kötüyünü yerə atmır. Manilada tütün satışı üçün böyük cərimələr mövcuddur.  Azərbaycanda isə bu sahədə vəziyyət tam fərqlidir. Halbuki ölkədə “Tütün və Tütün Məhsulları haqqında” qanun mövcuddur və Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının tütünə qarşı mübarizə üzrə Çərçivə Konvensiyasına qoşulub”. 
Sədr diqqətə çatdırıb ki, lakin qanunvericiliyin icrası zəifdir:
“Bir tərəfdən siqaret satışı məhdudlaşdırılır, digər tərəfdən tütünçülük inkişaf etdirilir. Təxminən 8 il əvvəl Şəkidə tütün fabriki açıldı. Azad İstehlakçılar Birliyi olaraq bizim bağlatdırdığımız 4 filtresiz siqaret fabriki yenidən fəaliyyətə başladı. Hətta Bakıda “Zəhrimar” adlı bir dükanın qəlyan satışı ilə məşğul olması diqqətçəkicidir. Satıcının bu adı seçməsi doğru bir mesajdır. Biz hesab edirik ki, tütün məhsullarının istehsalına və satışına ciddi məhdudiyyətlər tətbiq olunmalıdır. Tütün – bütün dünyanın insan sağlamlığı üçün zərərli hesab etdiyi məhsuldur və insanlar bu vərdişdən uzaqlaşmalıdır. Eyni zamanda, ölkədə qanunsuz yollarla gətirilən və mənşəyi bilinməyən tütün məhsulları, xüsusilə də elektron siqaretlər daha təhlükəlidir. Çox təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən tütün fabrikləri bu zərərlərin qarşısını almaq üçün ciddi tədbirlər görmür. Biz tütün məhsullarının qiymətinin dəfələrlə artırılmasını və Avropa ölkələri səviyyəsinə çatdırılmasını dəstəkləyirik”.
Leyla Turan 
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 İyul 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri