Icma.az
close
up
RU
Vergilər azaldıldı Sahibkarlar kirayə müqaviləsi bağlayacaqmı? AÇIQLAMA

Vergilər azaldıldı Sahibkarlar kirayə müqaviləsi bağlayacaqmı? AÇIQLAMA

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Xəbər verdiyimiz kimi, fiziki şəxslərə məxsus yaşayış sahələrinin digər fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərin vergiyə cəlb olunması ilə bağlı qanunvericiliyə dəyişiklik edilib. Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.


Layihəyə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.

Bəs, Bakıda kirayə bazarında vəziyyət necədir? Yeni vergi dərəcəsinin tətbiqi qiymətlərə təsir göstərəcəkmi?

Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, bu dəyişiklik ümumilikdə müsbət qiymətləndirilməlidir:

“Bildiyimiz kimi, hər bir vətəndaş gəlirindən vergi ödəməlidir. Hazırda gəlir mənbəyindən 14 faiz vergi tutulur. Mən belə başa düşürəm ki, yeni ildən sonra bu vergi 10 faizə qədər azaldılacaq. İndiyədək ölkədə 95 faizə yaxın vətəndaş yaşayış sahələrini qeyri-leqal yolla icarəyə verirdi və vergi daha yüksək idi. Mən şəxsən bu istiqamətdə təşəbbüskar olmuşam və aidiyyəti dövlət qurumlarına verginin azaldılması ilə bağlı təkliflər vermişdim. Çünki bu, kölgə iqtisadiyyatının böyük bir hissəsini təşkil edir və vətəndaşlar vergi ödəməkdən yayınırdılar. Bu baxımdan, heç olmasa, 10 faizə qədər azaldılması müsbət addımdır. Ola bilər, bu, qeyri-leqal bazara az da olsa, təsir etsin. Amma ümumi daşınmaz əmlak bazarına bunun heç bir təsiri olmayacaq. Yaxşı olardı ki, rəqəm bir qədər də azaldılsın və vətəndaşlar bu vergidən daha az yayınsınlar”.

Əmlak eksperti Ramil Osmanlı isə hesab edir ki, burada məqsəd mülkiyyətçiləri bu prosesə stimullaşdırmaq və qanunvericiliklə qoyulmuş tələbin maksimum dərəcədə təmin olunmasına nail olmaqdır:

“Amma açığı, 14 faizlə 10 faiz arasında ciddi fərq olmadığına görə hesab etmirəm ki, bu dəyişiklik bazarda kirayə müqavilələrinin notarial qaydada bağlanmasında əhəmiyyətli dönüş yaradacaq.

Əslində azaldılma təklifini müsbət qiymətləndirirəm və hesab edirəm ki, bu, doğru yanaşmadır. Amma mənim düşüncəmə görə, 10 faiz həddi yenə də çoxdur. Çünki bu gün faktiki olaraq bazarda təqribən 300 mindən artıq mənzil kirayəyə verilir, amma həmin yaşayış sahələri üzrə bağlanan müqavilələrin sayı kifayət qədər azdır. Mən deyərdim ki, bu, 10 faizdən də azdır. Hətta 5 faiz həddinə çatıb-çatmadığını dəqiq söyləmək mümkün deyil. Bunu yaxşı olardı ki, Vergilər Nazirliyi və ya Ədliyyə Nazirliyi açıqlasın.

Bu mənada hesab edirəm ki, vergi dərəcələrinin 2-4 faiz həddinə qədər azaldılmasına ehtiyac var. Ümumiyyətlə, mikro və kiçik sahibkarların mənfəət vergisinə cəlb olunması ilə bağlı güzəştlərin tətbiqinə ehtiyac var. Belə halda düşünürəm ki, bu, ciddi şəkildə dəyişikliklərə gətirib çıxara bilər”.

Ekspertin sözlərinə görə, xüsusilə söküntü ərazilərinin artması hesabına kirayə bazarında tələb yüksəkdir, təklif isə azalmaqda davam edir:

“Bilirsiniz ki, söküntü əraziləri daha çox köhnə yaşayış fondlarını əhatə edir. Nəticədə, ucuz mənzillər dövriyyədən çıxır, onların yerini isə daha bahalı, yeni yaşayış fondları tutur. Bu istiqamətdə gedən proseslər ümumilikdə mürəkkəb tendensiya formalaşdırır. Ev tapmaq istəyən, xüsusilə ucuz mənzil axtaran təbəqə – tələbələr və s. üçün problemlər yaranır”.

Lalə Novruz,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 31 Oktyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see623

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see231

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see209

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see184

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see184

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see148

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see147

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri