Verilişdə kabab yeyən, amma “efirdə yemək yeməyəcəyəm” deyən Ağamirzə: “Ağlım gəlib başıma, peşman olmuşam...”
Icma.az xəbər verir, Pravd.az-ə əsaslanaraq Verilişdə kabab yeyən, amma “efirdə yemək yeməyəcəyəm” deyən Ağamirzə: “Ağlım gəlib başıma, peşman olmuşam...”.
Tanınmış meyxana ustadı Ağamirzə Məmmədovun “Xəzər TV”də yayımlanan “Qonaqcanlı” verilişində dediyi “Efirdə heç vaxt yemək yeməyəcəyəm” fikirləri tənqidlə qarşılanıb. Onun 3 il öncə eyni kanalda, eyni aparıcının təqdimatında yayımlanan “Bağ havası” verilişində kabab çəkib, qonaqlıq verdiyi kadrlar gündəmə gətirilib. Meyxanaçının efirdə reklam xatirinə bu cür çıxışlar etdiyi bildirilir.
Ağamirzə Məmmədov Pravda.az açıqlamasında haqqında səslənən tənqidlərlə bağlı deyib ki, əməlindən peşmandır.
“İndi ağlım gəlib başıma, peşman olmuşam. Belə şey etmək olmaz. Bilməmişəm, eləmişəm, səhv etmişəm. Öyrənmək heç vaxt gec deyil. Efirlərdə yemək yemək olmaz. Bunu özüm üçün deyirəm, başqası üçün yox. Efirlərdə ayaqlarını bir-birinin üstünə qoymaq da olmaz. Ayıbdır”.
Tomris