Icma.az
close
up
RU
Verilişlərin intelektual səviyyəsini yüksəltmək mümkündür,bunun üçün... AÇIQLAMA

Verilişlərin intelektual səviyyəsini yüksəltmək mümkündür,bunun üçün... AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin təlimçi eksperti Heydər Əliyev Konstitusiya və insan hüquqları mövzusunda keçirilən məlumat sessiyasında çıxışında qeyd edib ki, son zamanlar efirdə yayımlanan bəzi ailə mövzulu verilişlər cəmiyyət üçün mənfi nəticələr doğurur. Bu proqramlar ailə institutunu zəiflətməklə yanaşı, vətəndaşların hüquqlarının da pozulmasına yol açır.
Məsələ ilə bağlı  media eksperti Azər Həsrət Demokrat.az-a açıqlama verib.
O qeyd edib, televiziya kanallarında milli, mənəvi, əxlaqi dəyərlərin ayaq altına atılması adi hala çevrilib:
“Bu da ondan qaynaqlanır ki, televiziya kanallarımızın bəziləri, hamısı deyil təbii ki, ucuz sensasiya yaradaraq daha çox tamaşaçı auditoriyası toplamaq üçün və bu yolla da sponsor cəlb edib daha çox pul qazanmaq və maddi təminatlarını ödəmək üçün bu yola əl atırlar. Mən özüm bəzi televiziya kanallarında bu işlərlə məşğul olan peşəkarlarla da danışmışam. Deyiblər ki, filan qədər işçimiz var, biz o işçilərin əmək haqqını təmin etməliyik, maddi texniki bazanı ayaqda tutmalıyıq və bunu etmək üçün əlavə maliyyəyə ehtiyacımız var. Nisbətən ucuz şoulara getmək məcburiyyətindəyik”.
Ekspert əlavə edib ki, ümumilikdə götürəndə bu işləri nəzarətsiz qoymaq olmaz:
“İstər Azərbaycan Respublikası Audiovizual Şurası, istərsə də televiziya kanallarının özlərinin müvafiq qurumları, rəhbərləri bu məsələlərə düzən verməlidirlər. Yəni, televiziya kanalları ailəmizin, evimizin içinə daxil olur və hər kəs onlara baxır. Baxarkən xüsusən də yetişməkdə olan nəslin əxlaqını düşünmək lazımdır. Belə verilişlərin intelektual səviyyəsini yüksəltmək mümkündür. Bunun üçün peşəkarların işə cəlb edilməsi vacibdir. Yəni, çıxış yolu budur”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Aprel 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri