Icma.az
close
up
RU
Verilmiş mühüm mesajlar

Verilmiş mühüm mesajlar

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi bir çox mühüm ictimai və siyasi məqamlarla yadda qaldı. Dövlət başçısı Azərbaycanın daxili və xarici siyasətinin əsas prinsiplərini bir daha diqqətə çatdırmaqla yanaşı, ölkəmizlə əməkdaşlıq, yaxud çirkin rəqabət aparmaq niyyətində olanlara da lazımi mesajlarını verdi. Bütövlükdə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın bu günü və gələcəyi ilə bağlı həm ölkə, həm də beynəlxalq ictimaiyyəti maraqlandıran suallara əhəmiyyətli dərəcədə cavab oldu”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyev müsahibəsində Donald Trampın rəhbərlik edəcəyi ABŞ hakimiyyəti ilə mümkün isti münasibətlərdən Fransanın və Avropa təsisatlarının ölkəmizə qarşı nümayiş etdirdiyi qərəzinə qədər olan bütün məsələlərə də aydınlıq gətirdi: “Cənab İlham Əliyev müsahibəsində geosiyasi və geoiqtisadi məsələlərin təhlili verdi və bununla da hər kəs müasir qlobal nizamda Azərbaycanın yerini və rolunu aydın şəkildə görmək imkanını əldə etdi. Prezident İlham Əliyevin müsahibəsindəki fikirləri Azərbaycanın nəqliyyat-kommunikasiya qovşağına çevrilməsi, Avrasiyada enerji təhlükəsizliyinin təmin olunmasında açar dövlətə dönüşməsi, milli maraqlarını müdafiə etmək üçün Fransa kimi böyük dövlətlərlə belə baş-başa gələ bilməsi, qalib ölkə kimi vətəndaşlarının qürurla yaşadığı və fəxr etdiyi dövlət vəziyyətinə gəlməsi kimi reallıqların dərk olunmasına vəsilə oldu. Bir sözlə, Prezident İlham Əliyev son müsahibəsi ilə hər kəsdə dünyanın bu günü və gələcəyi, bu fonda isə Azərbaycanın yeri və rolu barədə aydın təsəvvürlər formalaşdırdı”.
“Prezident İlham Əliyevin müsahibəsində əsas xətti təşkil edən məqamlardan birini də məhz milli maraqların qorunması və milli təhlükəsizliyin təmin olunması məsələləri idi” – deyən Ramil Vəlibəyov əlavə edib ki, dövlət başçısı ölkəmizdə perspektiv təhdidlər üçün gənclər üzərindən müxtəlif platformaların yaradılmasına çalışan xarici qüvvələrin məkirli niyyətlərini də açıqladı: “Sirr deyil ki, belə bir məqamda “demokratiya”, “insan hüquqları”, “azad mətbuat” və başqa qulağa xoş gələn ifadə və söz birləşmələrini bəhanə gətirib, milyonlarla vəsaiti xəyanət yolunu tutmalı olan qrupların formalaşdırılmasına xərcləyən NED, EED kimi Qərbin “troya atları” da ifşalanmış olur. Məhz, bu təşkilatların maliyyəsi ilə bu gün Avropa şəhərlərində dislokasiya edilmiş təhqir müxalifətinin fəaliyyəti, eyni zamanda onların Azərbaycandakı radikal müxalifətin əməlləri ilə sinxronlaşdırılması, xor dərnəyinin üzvləri kimi birgə işləmələri bir daha onu deməyə əsas verir ki, sözügedən təhdid və xəyanət yolu mövcuddur və ona qarşı ictimai mübarizə daha da gücləndirilməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Yanvar 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri