Icma.az
close
up
RU
Vernidub: “Komandamın nəyə qadir olduğunu görmək istəyirəm”

Vernidub: “Komandamın nəyə qadir olduğunu görmək istəyirəm”

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının XXVI turunun “Sumqayıt” – “Neftçi” oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

– Bir il əvvəl Ukraynada, “Krivbass”da çalışırdım. Həmin vaxt, səhv etmirəmsə, aprelin 4-də idi. Uşaq meydançasına ballistik raket atılmışdı və 9 uşaq həlak olmuşdu. 9 uşaqla yanaşı, 21 böyük də ölmüşdü. Vaxt keçsə də, bunu xatırlayıram. Bunu deməli idim. İndi isə sualları verə bilərsiniz.

– Bu gün qələbə qazanmaq üçün əvvəlki matçlarda olan nəyisə dəyişdinizmi?
– İşləyirik, çox çalışırıq. Futbolçuların yaxşı əhvalı var. Bütün oyunçular oynamaq istəyir. İşimiz indi daha asan olub. Sadəcə heyəti seçməliyəm. Özünüz də görürsünüz, bu gün komanda gözəl performans sərgilədi. Kifayət qədər qol epizodları yaratdıq, fərq böyük ola bilərdi. Buraxdığımız qoldan sonra yaxşı reaksiya göstərdik. Məşqçi kimi mənim üçün önəmli olan budur.

– Qarşıda “Qarabağ”la 2 oyun var. Digər rəqiblər isə “Zirə” və “Araz-Naxçıvan”dır. Komanda fasilədən necə qayıdıb? Bu oyunlara hansı dərəcədə hazırsınız?
– Uşaqlara demişəm ki, ağır aprel ayı var. 5 oyunumuz olacaq və ardıcıl güclü rəqiblərlə qarşılaşacağıq. Bu, əladır. Bu oyunları səbirsizliklə gözləyirəm. Komandamın nəyə qadir olduğunu görmək istəyirəm. Bu matçları uğurla başa vura  bilsək, yaxşı olacaq.

– Emin Mahmudovun durumu necədir?
– Ondan böyük gözləntilərim var. Düşünürəm ki, 1-2 gün sonra məşqlərə qoşulacaq. Bilirsiniz, kapitandır. Kapitanla oyun bir cürdür, kapitansız tam başqa. Meydandakı idarəetmə baxımından onsuz da çətinliklər ola bilir. Emin gün keçdikcə daha da yetkinləşir.

– Turnir cədvəlində sizdən aşağıda olan komandalara xal itirirsiniz. Qarşıda da onlara qarşı duellər olacaq. Hansısa fərqli planınız var?
– Hər zaman bir plan var: çıx, oyna və qazan. Necə olacağını görəcəyik.

– Plan eynidirsə, nə üçün iddialı komandalarla oyunlarda xal qazanmaq çətin olur?
– Hər oyun üçün plan var. İndi bunu deyə bilmərəm. Rəqiblərin güclü və zəif tərəflərini bilirik. Tək A yox, B planımız da var.

– Bəzi taktiki dəyişikliklər etmişdiniz. Abubakar ehtiyatda olsa da, start “11-lik”də mərkəz hücumçusu buraxmamağınız nə ilə bağlıdır?
– Varqas ikinci oyundur, hücumçu kimi oynayır. Sambunun bəzi kiçik problemləri var. Hələ də bizimlə məşq etmir. Abubakar hələ tam formasını yığmayıb. Buna görə startda Varqas oynadı və pis də alınmadı.

– “Turan Tovuz” – “Zirə” oyunundakı mübahisəli hakim qərarları ilə bağlı nə deyə bilərsiniz?
– Hakimlər bizim də xətrimizə dəyib. Lakin onlar da insandır, səhv edə bilərlər. Məğlub olan komanda üçün qərarlar bəzən ağır olur. Gücümü komandama həsr edirəm, digər amillərə fikir vermirəm. Ukraynada olanda da hakimlər məni sevirdi, indi də. Yenə deyirəm, işim komandamı oyunlara hazırlamaqdır.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 05 Aprel 2026 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see319

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see310

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see263

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see257

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see256

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see241

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see235

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see232

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see214

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see214

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see210

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see208

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see207

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see204

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see201

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see201

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see200

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see182

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri