Icma.az
close
up
RU
Vernidub: Neftçi yə layiq oyun nümayiş etdirməyə çalışırıq”

Vernidub: Neftçi yə layiq oyun nümayiş etdirməyə çalışırıq”

Icma.az bildirir, Apasport portalına istinadən.

Misli Premyer Liqasının XXXI turunun “Neftçi” – “Şamaxı” oyunundan (3:0) sonra ev sahiblərinin baş məşqçisi Yuri Vernidubun fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

- Əfsanəvi Valeri Lobonovskinin komandalarının vizit vərəqi oyunun əvvəlində rəqibə maksimum təzyiq göstərib, sonra arxaya çəkilərək oyunu nəzarəti altına alıb, rəqibin boşluqlar verməsini gözləmək idi. "Neftçi" də bu cür oynayır, hətta "Qarabağ"a 1:5 uduzduğunuz oyunda da belə idi. Demək olar ki, bu ukraynalı məşqçilərin oxşarlığıdır?  
- 
Valeri Lobonovski böyük və əfsanəvi məşqçidir. Deməzdim ki, onu çox yaxşı tanıyıram və sistemini tətbiq etməyə çalışıram. Biz "Neftçi" olaraq çalışırıq ki, klubun adına layiq oyun nümayiş etdirək. Bu, elə komandadır ki, ilk dəqiqələrdən aqressiv futbol göstərməlidir. Pressinq tətbiq etməlidir, ilk dəqiqələrdən sona qədər topa sahib olmağa çalışmalıdır. Bizdən aşağı mövqedə gedən komandalara qarşı oyunda daha tez qol vururuqsa, oyun daha da asan olur. Bəzən bu, bizdə yaxşı alınır. Bu gün də erkən qol vurduq. Qol epizodlarımız çox idi. Amma bunu qola çevirə bilmirdik. İkinci hissədə ilk hissədə edə bilmədiklərimizi reallaşdırdıq. Mənə xoşdur ki, oyunçularım bunu dərk edirlər. Oyunun ilk dəqiqələrindən arxada oturub elə oyun göstərmirlər. "Qarabağ"a qalib gəldiyimiz oyunda bir nömrə ilə oynamırdıq, ikinci nömrə ilə çıxış edirdik. Bu da bizə uğur gətirdi.

- "Neftçi" "Qarabağ"ı beş il idi ki, məğlub edə bilmirdi, bunu bacardınız. Artıq üç ildir ki, "Neftçi" "Sabah"a qalib gələ bilmir. Bu oyuna da xüsusi motivasiya ilə çıxıb, daha bir həsrəti başa vura biləcəksiz?
- 
Bizim çıxış yolumuz yoxdur. Hazırda turnir cədvəlində "Zirə" ilə aramızda 3 xallıq fərq var. Amma bu heç nə demək deyil. "Sabah"la görüşdə yalnız nəticəyə oynayacağıq. "Sabah" mayın 13-dəki kubok matçına hazırlaşır. Onlar qalib gələrsə, mövsümü iki titulla bitirəcəklər. Biz də əlimizdən gələni etməliyik ki, ən azından mövsümü 4-cü yerdə bitirək. Gəlin kubokun finalını gözləyək, ondan sonra "Sabah" haqda danışa bilərik.

- Qapı xəttində dəyişiklik “Qarabağ”a 1:5 hesablı məğlubiyyətdən sonra edildi. Bunu daha əvvəl edə bilərdiz?
- 
Burada xüsusi bir şey görmürəm. Kənan Piriç yaxşı qapıçıdır. Eyni zamanda Balayev də. Sadəcə "Qarabağ"la böyükhesablı məğlubiyyətdən sonra Balayevə şans vermək qərarına gəldik. Həmin oyundan sonra dəyişikliklərə getməliydim. Onda da 4 futbolçunu dəyişdik. Bu da xeyrimizə işlədi. Gələcək üçün 2 eyni səviyyədə qapıçımız olacaq. İki oyun birinə, iki oyun digərinə şans vermək olar. 

- Bəs, Vensan Abubakara şans veriləcək?
- 
Hər bir oyunçuya şanslar veriləcək. Ağadadaş Salyanski haqda da suallar verilirdi. Görürsüz ki, son iki matçda onun da şansı yaranır. Onun məşq prosesində göstərdiyi əzmkarlığı çox xoşlayıram. Ona görə də oyunda ona şans verdim. Kim əzmkar işləyəcək, şans veriləcək. Bu bizim futbol həyatımızdır.

“Karvan” Premyer Liqa ilə vidalaşdı - YENİLƏNİB "Neftçi" - "Şamaxı": HEYƏTLƏR Azərbaycanda kuryoz hadisə: Komanda 2 qapıçı ilə oynayacaq! Kadi üçün yubiley Abbasov “350”yə çatdı: Tarixin 14-cüsü
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:327
embedMənbə:https://apasport.az
archiveBu xəbər 10 May 2026 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see366

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see364

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see343

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see338

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see337

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see308

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see303

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see295

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see273

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see270

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see249

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see244

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see228

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see208

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see208

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see202

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see200

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see199

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see177

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri