Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Vernidub qələbələrin sirrini açıqladı

Vernidub qələbələrin sirrini açıqladı

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vernidub qələbələrin sirrini açıqladı

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 11-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunda qazandıqları qələbədən (1:0) danışıb.

QOL.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:

- Hamını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edirəm. Arzu edirəm ki, Azərbaycanda həmişə sülh hökm sürsün, insanlar gözəl və xoşbəxt həyat yaşasınlar – məhz özlərinin istədikləri kimi. Həmçinin ümid edirəm ki, bir gün Ukrayna azad olacaq və qələbə qazanacaq. Qoy insanlar sülh şəraitində yaşasın və arzuladıqları həyata qovuşsunlar. Mən bu günü səbirsizliklə gözləyirəm və ümid edirəm ki, həmin günü görəcəyəm. 

- Artıq ikinci oyundur ki, qələbə qolunu meydana sonradan daxil olan futbolçu vurur. Bunu əvvəlcədən planlaşdırmışdınız?

- Ehtiyat oyunçular skamyasından meydana daxil olan futbolçuların nəticəyə təsir etməsindən çox razıyam. Bu, ehtiyat qüvvəmizin yaxşı formada olduğunu göstərir. Oyundan əvvəl Şkrtbekə start heyətində yer almayacağını, lakin sonradan meydana çıxacağını dedim. Ona bir qədər istirahət vermişdik. Hər oyundan əvvəl komandanın oyununu gücləndirmək üçün kimin kimi əvəzləyəcəyini müəyyənləşdiririk. Buna görə də meydana kimin çıxacağını həmişə bilirik. Bu, məni çox sevindirir və böyük məmnunluq yaradır.

- Emil Səfərov milliyə dəvət olunmur...

- Bu, bizim daxili məsələmizdir. Hər şey yaxşı olacaq. Məhz buna görə də dialoq aparır, vəziyyəti müzakirə edirik. Hesab edirik ki, onun istirahətə ehtiyacı var. Daha səylə çalışmalı və əvvəlki Səfərova çevrilməlidir. Buna əminəm. “Neftçi” onunla təsadüfən müqavilə imzalamayıb. O, bizə lazımdır və komandamız üçün çox vacib futbolçudur. Bunu nə qədər tez dərk etsə, həm komanda, həm də özü üçün bir o qədər yaxşı olacaq.

- Digər iddialı komandalarla müqayisədə “Neftçi”də milli komandalara dəvət alan legionerlərin sayı azdır. Bu, məşq prosesi baxımından sizin üçün üstünlükdür?

- Əvvəla, demək istəyirəm ki, milli komandada oynamaq böyük şərəfdir. Bu, ölkələrini təmsil edən futbolçuların ustalıq səviyyəsi haqqında çox şey deyir. Hazırda üç futbolçumuz xarici ölkələrin, dörd futbolçumuz isə Azərbaycan millisinin heyətində çıxış edir. Onlara görə çox sevinirəm. Yeganə arzum odur ki, zədəsiz qayıtsınlar. Komandalarına qələbə qazandırmaq üçün əllərindən gələni etsinlər. Çox ümid edirəm ki, Azərbaycan millisi birinci yeri tutacaq. Eyni arzunu legionerlərimizə də çatdırıram.

- Son vaxtlar Emin Mahmudov az oyun vaxtı alırdı. Bu gün onun millidə karyerasını başa vurduğu məlum oldu. Eminin milli komandadan ayrılmaq qərarına necə yanaşırsınız?

- Emin Azərbaycanda ən yüksək səviyyəli futbolçulardan biridir. O, uzun müddət millidə çıxış edib və həmişə ən yaxşı nəticələrə can atıb. Eyni zamanda, “Neftçi”nin əsas oyunçularından biridir və klubda çoxlu oyun keçirib. Bilirəm ki, belə bir qərar qəbul edib. Bu, çətin qərardır, amma həyatda belə hallar olur. İndi vaxtının daha çox hissəsini kluba həsr edə biləcək. İllər keçir, cavanlaşmırıq, əksinə, yaşlanırıq (gülür). Bəzən yaş öz sözünü deyir. Çox istərdim ki, o, “Neftçi”də oynamağa və komandaya fayda verməyə davam etsin. O, buna həm peşəkar, həm də insan kimi layiqdir. Mənə çox kömək edir: istər digər futbolçularla ünsiyyətdə, istərsə də şəxsi məsələlərin həllində. O, kapitan rolunu həqiqətən layiqincə yerinə yetirir. Bir-birimizə qarşı tam açığıq. Əsas arzum onun sağlam qalması və mümkün qədər çox oynamasıdır.

- Əgər Emin mövsümün sonunda futbolçu karyerasını başa vurmaq qərarına gəlsə, fikrini dəyişməyə çalışacaqsınız?

- O, həyatını “Neftçi”yə həsr edib. Artıq 10 ildir buradadır. Onunla danışmışam. Hətta belə bir qərar versə də, klubda qala bilər. Məsələn, menecer və ya məşqçi kimi fəaliyyət göstərə bilər. Məşqçiliklə məşğul olmaq qərarına gəlsə, ondan əla mütəxəssis alınar. Hər halda, Emin artıq adını “Neftçi”nin tarixinə qızıl hərflərlə yazdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://qol.az
archiveBu xəbər 06 Noyabr 2026 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri