Icma.az
close
up
RU
“Vəsait 3 milyard manata çatdırılacaq”

“Vəsait 3 milyard manata çatdırılacaq”

“İcbari Tibbi Sığorta Fondunun maliyyə vəsaiti 3 milyard manata çatdırılacaq”​.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.

“İcbari Tibbi Sığorta ölkəmizdə uğurla həyata keçirilir. Lakin əhaliyə göstərilən tibbi xidmətlərlə bağlı problemlər də mövcuddur. Bu əsasən ilkin tibbi xidmətlə bağlıdır. İlkin tibbi xidmətin maddi texniki təminat bazası və kadr çatışmazlığı mövcuddur. Milli Məclisdə ilkin tibbi xidmətə həsr olunan dinləmə keçirməyi planlaşdırırıq”, - deyə komitə sədri bildirib.

Nuranə Daxilqızı  

seeBaxış sayı:11
embedMənbə:https://qafqazinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri