İTS Fondunda vəsait 3 milyard manata çatdırılacaq Deputat
Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“İcbari Tibbi Sığorta Fondunun maliyyə vəsaiti 3 milyard manata çatdırılacaq”.
Sitat.info xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.
“İcbari Tibbi Sığorta ölkəmizdə uğurla həyata keçirilir. Lakin əhaliyə göstərilən tibbi xidmətlərlə bağlı problemlər də mövcuddur. Bu əsasən ilkin tibbi xidmətlə bağlıdır. İlkin tibbi xidmətin maddi texniki təminat bazası və kadr çatışmazlığı mövcuddur. Milli Məclisdə ilkin tibbi xidmətə həsr olunan dinləmə keçirməyi planlaşdırırıq”, - deyə komitə sədri bildirib.

“Vəsait 3 milyard manata çatdırılacaq”
25 Noyabr 2024 15:36
Orta aylıq əməkhaqqı 1080,1 manata çatdırılacaq
18 Noyabr 2024 12:31
Yaxın 5 ildə turizm ÜDM nin dəyəri 11,5 milyard manata çatdırılacaq
13 İyun 2025 15:25
İcbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq
18 Noyabr 2024 11:10

