Icma.az
close
up
RU
“Vətən Fədaisi” adlı sənədli filmin təqdimat mərasimi keçirilib

“Vətən Fədaisi” adlı sənədli filmin təqdimat mərasimi keçirilib

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvü, bəstəkar və yazar Fərahim Sadiqin ideya müəllifi və təşəbbüsü ilə təşkil edilən “Vətən Fədaisi” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Təqdimat Nizami Kino Mərkəzində baş tutub. Tədbir AVMVİB, Dünya Gənc Türk Yazarlar Birliyinin, Azərbaycan Maliyyə-İqtisad Kollecinin təşkilati dəstəyi və və “HAYAT Media” qrupun texniki dəstəyi ilə reallaşıb.
Təqdimat mərasimi 26 iyun – Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümünə həsr edilən silsilə tədbirlər çərçivəsində təşkil olunub. Mərasimdə şəhid Baş leytenant Mübariz Rəsul oğlu Xankişiyevin şərəfli döyüş yolu əks etdirilmiş, onun timsalında Vətən uğrunda canından keçmiş bütün igidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Film, yalnız şəhidin xatirəsini yaşatmaqla kifayətlənmir, həm də gənc nəsildə vətənpərvərlik ruhunun aşılanmasına, həmçinin tariximizin və şəhidlərimizin örnək həyatlarının gələcək nəsillərə çatdırılmasına xidmət edir. Tədbir iştirakçıları sənədli filmin nümayişindən sonra şəhid Mübariz Xankişiyevin həyatına və döyüş yoluna dair xatirələrini bölüşüblər.
Eyni zamanda, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) tərəfindən şəhidimizin xatirəsinə həsr olunmuş şahmat turnirinin qaliblərinə mükafatlar təqdim olunub, tədbir Azərbaycan Respublikası Müdafiə Nazirliyinin «Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi» kollektivinin iştirakı ilə təşkil olunan mini konsert proqramı ilə yekunlaşdırılıb. Konsertdə vətənpərvər mahnılar səsləndirilmiş, iştirakçılara duyğusal anlar yaşadılıb.
Tədbirdə Milli Məclisin üzvləri Ceyhun Məmmədov, Razi Nurullayev, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev,
Cəbrayıl rayon İcra Hakimiyyəti başçısı aparatının vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi üzrə böyük məsləhətçisi Abbaslı Abbas, Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının Karxulu kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əsədov Bəxtiyar, Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının Karxulu kənd İƏD-si üzrə nümayəndəsinin müavini Sadıqov Hüseyn, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və üzvləri, dövlət qurumları, media nümayəndələri, vətəndaş cəmiyyəti fəalları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimə geniş auditoriyanın qatılması, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin vətənpərvərlik ruhunu gücləndirmək məqsədini daşıyan bu cür tədbirlərin əhəmiyyətini bir daha nümayiş etdirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 26 İyun 2025 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri