Icma.az
close
up
RU
Vətən müharibəsi Azərbaycan Liderinin müdrikliyini, Ordumuzun qüdrətini bütün dünyaya göstərdi RƏY

Vətən müharibəsi Azərbaycan Liderinin müdrikliyini, Ordumuzun qüdrətini bütün dünyaya göstərdi RƏY

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycan xalqının taleyində elə günlər var ki, onlar təkcə bir dövrün deyil, bütöv bir millətin tarixini dəyişir. 2020-ci ilin 8 noyabrı – Zəfər Günü belə günlərdən biridir. Bu tarix Azərbaycan xalqının qürur, şərəf və birliyinin təntənəsi, Vətən müharibəsində qazanılmış böyük Qələbənin rəmzidir. Qırx dörd gün davam edən müharibə Azərbaycan Liderinin müdrikliyini, dövlətimizin gücünü, Ordumuzun qüdrətini, xalqımızın iradəsini və bütün dünyaya göstərdi. Otuz ilə yaxın davam edən işğalın, sarsıntıların, danışıqların sonunda Azərbaycan xalqı öz tarixi torpaqlarını azad. ədaləti bərpa etdi. Vətən müharibəsi dövründə Azərbaycan xalqı misilsiz birlik nümayiş etdirdi. Bu birliyin mərkəzində xalq–dövlət–ordu birliyi dayanırdı. Prezident İlham Əliyev hələ müharibədən əvvəl qeyd edirdi: “Biz güclü dövlət, güclü ordu, vətənpərvər xalq sayəsində istənilən hədəfə çata bilərik”. Bu sözlər 2020-ci ilin payızında öz təsdiqini tapdı.

Bu sözləri AZƏRTAC- a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

O bildirib ki, müharibə başladığı ilk gündən Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşdi. Kəndlərdə, şəhərlərdə, arxa cəbhədə, cəbhə bölgəsində – hər kəs bir amal uğrunda: Vətənin azadlığı uğrunda mübarizə aparırdı. Azərbaycan Ordusu ön cəbhədə irəlilədikcə, xalq arxa cəbhədə öz əzmini və fədakarlığını nümayiş etdirirdi. Könüllülər, həkimlər, gənclər, qadınlar, jurnalistlər – hamı bu müqəddəs mübarizədə bir-birinə dayaq idi. Bu birliyin təməlində Prezident İlham Əliyevin xalqla sarsılmaz bağları dururdu. Azərbaycan xalqı 44 gün ərzində öz milli xarakterini, əzm və iradəsini bütün dünyaya nümayiş etdirdi. Heç bir çətinlik, təzyiq və təxribat bu xalqı yolundan döndərə bilmədi.

Deputat qeyd edib ki, 44 günlük müharibə həm də müasir Azərbaycan tarixində liderlə xalqın birliyinin parlaq nümunəsi oldu. Prezident İlham Əliyev həm Ali Baş Komandan, həm də xalqın ruhunun simvoluna çevrildi. O, döyüş meydanında ordunun, diplomatik arenada isə Azərbaycanın haqq səsinin müdafiəçisi idi. Dünyanın aparıcı media orqanlarına verdiyi onlarla müsahibə ilə Ermənistanın dezinformasiyasını darmadağın etdi. “Qarabağ Azərbaycandır!” ifadəsi dünya miqyasında Azərbaycanın ədalətli mövqeyini təsdiqlədi. Bu dövrdə hər bir vətəndaş “Mən azərbaycanlıyam” deməklə fəxr edirdi. Üçrəngli Bayrağın azad edilmiş torpaqlarda dalğalanması təkcə siyasi akt deyil, həm də mənəvi qayıdış idi. Ulu Öndər Heydər Əliyevin illər öncə dediyi kimi: “Azərbaycan xalqı istənilən vaxt öz suverenliyini qorumağa qadirdir”. Bu fikir 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallığa çevrildi.

“Vətən müharibəsi təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında aparılırdı. Ermənistan illərlə yaratdığı saxta təbliğat mexanizmini işə salmışdı. Lakin bu dəfə xaricdə yaşayan soydaşlarımız Prezident İlham Əliyevin siyasətinə uyğun şəkildə fəal mövqe sərgilədilər. Müharibə dövründə gənclərin və sosial medianın rolu da mühüm idi. Onlar informasiya cəbhəsində dövlətin ideoloji xəttini dəstəkləyir, yanlış məlumatlara qarşı effektiv mübarizə aparırdılar. Bu birlik göstərdi ki, Azərbaycan xalqı təkcə bir coğrafi məkanla məhdudlaşmır – o, həm də bütün dünyada yaşayan böyük milli qüvvədir. Zəfərdən sonra xalqın həmrəyliyi daha da möhkəmləndi. Azad edilmiş torpaqlarda aparılan bərpa işləri, “Böyük Qayıdış” Proqramı bu birliyin davamıdır. Qarabağa qayıdan hər bir ailə, inşa olunan hər bir məktəb, hava limanı, yol – hamısı Qələbənin canlı davamıdır. Bu bərpa prosesi dövlətin və xalqın birgə əməyinə əsaslanır”, - deyə o vurğulayıb.

Ş.Seyidzadənin sözlərinə görə, 44 günlük Vətən müharibəsi göstərdi ki, xalqla dövlət bir olduqda heç bir qüvvə Azərbaycanı dayandıra bilməz. Prezident İlham Əliyevin müdrik rəhbərliyi, xalqın dəmir iradəsi və şəhidlərimizin qəhrəmanlığı sayəsində bu Qələbə mümkün oldu. Bu gün azad və qalib Azərbaycan yeni mərhələyə qədəm qoyur - sülh, quruculuq və inkişaf mərhələsinə. Lakin Zəfər Günü daim xalqın yaddaşında birlik, mübarizə və qürur rəmzi olaraq qalacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri