Vətən müharibəsi qazisi: Bütün düşüncəmiz şəhidlərin qısasını almaq, torpaqlarımızı azad etmək idi
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gəncə, 17 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
44 günlük Vətən müharibəsi zamanı neçə dostumuzu, yoldaşımızı itirdik. Buna baxmayaraq daim onların və bütün şəhidlərin qısasını almaq üçün can atırdıq. Bütün düşüncəmiz, fikrimiz nəyin bahasına olur-olsun ancaq irəli getmək, doğma torpaqlarımızı düşmən tapdağından xilas etmək olub.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində Vətən müharibəsi qazisi Elşad Məmmədov deyib.
Məmmədov Elşad Turan oğlu 1996-cı ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncədə alan Elşad 2013-cü ildə Gəncə Dövlət Universitetinin (GDU) “Təsviri incəsənət müəllimliyi” ixtisasına daxil olaraq, 2017-ci ildə buranı müvəffəqiyyətlə bitirib. Daha sonra həqiqi hərbi xidmətə yollanan Elşad Məmmədov Naxçıvan şəhərində Vətənə xidmət edib.
2020-ci ildə başlanan Vətən müharibəsinə könüllü yollanan Elşad Fizulidən Xocavəndə qədər şanlı döyüş yolu keçib.
“Xocavənd istiqamətində Üçtəpə deyilən ərazidə ən ağır döyüşlərimiz olub elə noyabrın 7-si səhər saatlarında orda da yaralandım. Qələbə xəbərini mən xəstəxana aldım. Ağır yaralı olsam da Zəfər xəbəri məni çox sevindirdi. Çünki bu Qələbədə mənim də payım olmasını, onun bir parçası olduğumu bilirdim. Allah qazilərimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin,”- deyə Vətən müharibəsi iştirakçısı bildirib.
Elşad Məmmədov Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən müharibəsi iştirakçısı”, “Hərbi xidmətlərə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Bu gün o, dövlətin qayğısı ilə tam əhatə olunub. Müharibədən sonra evlə təmin edilib, müalicəsi davam edir. Ailəlidir, bir övladı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 17 Oktyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















