Icma.az
close
up
RU
Vətən müharibəsi qazisi: Qələbəmizin möhtəşəmliyi bütün yaralarımızı unutdurur

Vətən müharibəsi qazisi: Qələbəmizin möhtəşəmliyi bütün yaralarımızı unutdurur

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan, 6 oktyabr, AZƏRTAC

Vətən müharibəsi ordumuzun qüdrətinin, əsgər-zabitlərimizin rəşadətinin, peşəkarlığının ən ali ifadəsinə çevrildi. 44 günlük Zəfər yürüşündə yüzlərlə oğul gecə-gündüz demədən torpaqlarımızın azadlığı uğrunda vuruşdular, qazi, şəhid, qalib oldular. İkinci Qarabağ müharibəsində düşmənə qan udduran hərbçilərimizdən biri də Həmzə Əliyevdir.

AZƏRTAC-ın bölgə müxbiri qəhrəman eloğlumuzla görüşüb, Vətən müharibəsində keçdiyi döyüş yolu ilə bağlı təəssüratlarını öyrənib.

Həmzə Əliyev deyib ki, 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində xüsusi təyinatlı kimi iştirak edib: "Döyüşə Cəbrayıl rayonu istiqamətindən başladıq. İlk şəhidimizi həmin yerdə verdik, kapitan Nihad Babayevi orada itirdik. Mən isə ilk dəfə düşmənin atdığı artilleriya mərmisindən yaralandım. Son döyüşüm isə Xocavənd rayonu ərazisində olub".

Həmzə qeyd edir ki, ilk ciddi xəsarətini Füzuli rayonunun Qarğabazar ərazisində alıb. Xocavənddəki ağır döyüşlərdən sonra aldığı ciddi yaralar və bu səbəbdən sonradan yaranan xəstəliklər, o cümlədən "xərçəng" həyatını çətinləşdirsə də, Vətən uğrunda çəkilən bu əzab Həmzə üçün qürur mənbəyidir.

"Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə qalib ölkənin vətəndaşı olmaq, Azərbaycanın dünya dövlətləri arasında yüksək nüfuza sahib olduğunu görmək bizə böyük qürur verir. Zəfər yolunda əlimizdən gələni əsirgəmədiyimiz üçün çox sevinirik. Qələbəmizin möhtəşəmliyi bütün çətinlikləri, yaralarımızı unutdurur. Biz bu Zəfərlə şəhidlərimizə olan borcumuzu da ödədik, onların qanını yerdə qoymadıq", - deyə Həmzə Əliyev fəxrlə əlavə edir.

Bəli, Vətən müharibəsində Həmzə Əliyev kimi oğullarımız hər bir gəncimiz üçün oxunması vacib, zəruri sayılan vətənpərvərlik dərsidir. Otuz illik həsrət yükünü çiyinlərimizdən götürən, bizə qalib xalq adını qazandıran igidlərimizin döyüş yolu daim öyrənilməli, qəhrəmanlıqları dastana, hekayələrə, məqalələrə çevrilməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri