Vətən müharibəsi qazisi prezidentə müraciət etdi Əlilliyi düzgün verilməyib
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Canab Prezdent və Hörmətli Mehriban xanım Sizi ürəkdən salamlayıram.Mən
İkinci Qarabağ Müharibəsinin iştirakçısı İsmayıl Seydimovun həyat yoldaşı Günel Seydimova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib.
Newscenter.az-ın xəbərinə görə, müraciət müəllifi həyat yoldaşı İsmayıl Seydimovun 20 ilə yaxın dövlətə xidmət etdiyini, Aprel döyüşlərinin fəal iştirakçısı olduğunu diqqətə çatdırıb. Günel Seydimova bildirib ki, həyat yoldaşı 44 günlük Vətən müharibəsində də iştrak edib, igidlik göstərib və dövlət başçısı tərəfindən orden və medallarla təltif olunub:
"Cənab Prezident və Hörmətli Mehriban xanım! Mənim yoldaşım 44 günlük Vətən müharibəsində ağır yaralanıb, aldığı yaradan sonra bütün bədəni əsir, hərəkət məhdudiyyəti var. Yoldaşım həm nevroloji, həm də psixoloji müalicələr alır. Buna baxmayaraq yoldaşımın əlliliyini düzgün verməyiblər. Yoldaşımın hərəkət məhdudiyyəti olduğu üçün maşınla bağlı müraciəət etdik, ancaq müraciətimizə baxan olmadı. Yoldaşımı xəstəxanalara aparıb gətirən zaman çox çətinlik çəkirəm".
Müraciət müəllifi qeyd edib ki, məsələ ilə bağlı bir çox yerlərə müraciəət ediblər:
"Ancaq səsimizi eşidən yoxdur. Yoldaşımın nə əlilliyi düzgün verilib, nə maşınla bağlı müraciəətimizə baxılır".
Günel Seydimova əmindir ki, baş verən neqativ hallarla bağlı dövlət başçısının xəbəri yoxdur:
"Bizi nə eşidən, nə də sayan var. Xahiş edrik ki, bizi qəbul edəsiniz siz sözümüzü
Sizə çatdıraq. Çünki Sizdən başqa ümid, güvən yerimiz yoxdur. Vətən müharibəsi Qazisinin sizin dəstəyinizə, köməyinizə ehtiyacı var".
Süleyman
Bu mövzuda digər xəbərlər:Qəbələdə Vətən müharibəsi qazisi vəfat ETDİ
29 Mart 2025 09:48
Vətən müharibəsi qazisi intihara cəhd etdi
07 May 2025 11:56
Vətən müharibəsi qazisi vəfat etdi FOTOLAR
06 Oktyabr 2025 16:23
Vətən müharibəsi qazisi Rusiyada vəfat etdi Foto
03 Fevral 2025 15:00
Vətən müharibəsi qazisi dünyasını dəyişdi FOTOLAR
08 May 2025 19:34
Baxış sayı:114
Bu xəbər 29 Aprel 2025 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















