Vətən Müharibəsi Qəhrəmanı: Azərbaycan Ordusu bu günlərə birdən birə gəlib çıxmayıb
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Azərbaycan Ordusu bu günlərə birdən-birə gəlib çıxmayıb. Xalqımızın ağır sınaqlardan keçdiyi illərdə ordumuz çətin döyüşlər gördü. Texnikamız az olsa da, milli ruhumuz, qürurumuz var idi. Bizi həmin çətin günlərdən qələbəyə gətirən də bu idi".
Bunu 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Baku TV-yə danışarkən Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov bildirib.
O, Azərbaycan Ordusunun peşəkarlığını xüsusi vurğulayıb:
"Ordumuzun yüksək döyüş hazırlığı özünü Aprel döyüşlərində göstərdi. Bu döyüşlər Vətən müharibəsinin ilk addımları idi. Sonrakı dövrdə Azərbaycan Ordusu peşəkarlığını inkişaf etdirərək 2020-ci ilin 27 sentyabrında əks-hücum əməliyyatı ilə düşmənə sarsıdıcı zərbələr endirdi. Düşmən bu səviyyədə cavab veriləcəyini gözləmirdi".
Daha ətraflı Baku TV-nin süjetində:
Vətən Müharibəsi Qəhrəmanı: "Azərbaycan Ordusu bu günlərə birdən-birə gəlib çıxmayıb"


