Icma.az
close
up
RU
Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun xatirəsi anılıb

Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun xatirəsi anılıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zaqatala, 13 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də Zaqatala rayonunun Lahıc kəndindən olan Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovdur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin şəhadətə yüksəlməsinin beşinci ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin məsul şəxsləri, ictimaiyyətin nümayəndələri, ailə üzvləri və doğmaları, kənd sakinləri onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, həyatının 30-cu ilində əbədiyyətə qovuşan İsmayıl Səmədovun keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından söz açılıb, şəhidlərin əziz xatirəsinin heç bir zaman unudulmayacağı vurğulanıb.

Qeyd edək ki, İsmayıl Səmədov 1990-cı il avqustun 9-da Zaqatala rayonunun Lahıc kəndində anadan olub. O, 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil alıb. Hərbi məktəbi bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrin kursuna yazılıb və kursu müvəffəqiyyətlə başa vurub. Lələtəpə yüksəkliyinin azad olunmasında göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev İsmayılı cəbhə xəttində şəxsən mükafatlandırıb.

Kapitan İsmayıl Səmədov Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Füzuli döyüşləri zamanı şəhid olub, doğulduğu Lahıc kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, İsmayıl Səmədova ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adı verilib. O, həmçinin “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri