Vətən müharibəsinin ağ xalatlı qəhrəmanları: Yaralı əsgərləri saxlaya bilmirdik
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"2020-ci il sentyabrın 27-si səhər yuxudan artilleriya səsinə oyandım və başa düşdüm ki, artıq müharibə başlayıb".
Bu sözləri İkinci Qarabağ müharibəsində yüzlərlə yaralıya yardım edən həkim Yamən Cəfərov deyib.
O, müharibə dövründəki fəaliyyətindən danışarkən bildirib ki, yaralıların əksəriyyəti döyüşə qaytarılmalarını tələb edirdilər:
"Yaralı əsgərləri saxlaya bilmirdik, döyüşə atılmaq istəyirdilər. Komandirlər deyirdilər ki, əsgərlərim orada başsız qalıb, məni buraxın, döyüşə qayıdım. Halbuki, elə vəziyyətdə idilər ki, onların geri qayıtmaları mümkün deyildi".
Tibb bacısı Yeganə Qaraşova isə həmin günlərdə yaşadığı ən təsirli anlardan birini belə xatırlayır:
"Qolu qopan hərbçi dedi ki, mən övladımı qucaqlamaq istəyirəm, elə edin ki, qolum kəsilməsin".
Ətraflı Baku TV-nin süjetində:
Vətən müharibəsinin ağ xalatlı qəhrəmanları: "Yaralı əsgərləri saxlaya bilmirdik"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 27 Sentyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















