Icma.az
close
up
RU
Vətən sevgisinin ölməzlik zirvəsi

Vətən sevgisinin ölməzlik zirvəsi

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın qeyrətli oğulları ölümdən qorxmadan özlərini odun-alovun içinə atıb 44 günə 30 il yağıya əsir olan Qarabağımızı azad etdilər. Bununla da qanları bahasına yeni tariximizin qəhrəmanlıq salnaməsi yazan Vətən sevdalılardan biri də 10 noyabr 2000-ci il Biləsuvarın Zəhmətabad kəndində dünyaya göz Nicat Höccət oğlu Qasımzadədir. Qısa ömür yolu keçsə də, onu doğma Azərbaycanına fəda etməklə ölümsüzlük qazanıb. 30 il düşmən tapdağına dönən Qarabağımızın xilaskarı, Vətənin ər oğlu olaraq adı xalq tərəfindən böyük qürurla çəkilir, şərəfli həyat yolu nümunə göstərilir.
20 yaşında polad sinəsini Vətənə sipər edib tarix yazan qəhrəmanımız Nicat Qasımzadə orta təhsilini başa vurub, 2019-cu ildə Vətənin keşiyinə yollanıb. İlk 3 ay Goranboy rayonunda doğma Azərbaycanın hər qarışına olan sevgisini nümunəvi xidməti ilə göstərib. Daha sonra Ağdamda 3 ay artilleriya qoşunlarında üzərinə düşən bütün tapşırıqları layiqincə yerinə yetirib. Cəsurluğu, mərdliyi, igidliyi hesabına tanınan, sevilə Nicata hərbi xidməti dövründə pulemyotçu vəzifəsi verilib, daha sonra manqa komandiri olub. Xidmətinin axırıncı 2 ayını isə kiçik çavuş rütbəsi ilə başa vurub və 6 iyul 2020-ci il tarixində üzüağ, alnıaçıq doğmaların yanına qayıdıb.
Canına məkrli yağı dadanmış Qarabağımıza görə Nicat evdə heç cür rahatlıq tapa bilməyib. Vətən sevdalı qəlbi məhz buna görə də erməni dığalardan qisas almaq istəyi ilə alışıb-yanıb. Azərbaycanın, eləcə dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşımızda könüllü olaraq, birincilər sırasında Vətənin müdafiəsinə qalxıb. Füzuli və Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə odlardan, alovlardan keçərək düşmənin xeyli canlı qüvvəsini məhv edib, bir neçə yaralı dostunu müharibə meydanından çıxardıb. Aldığı yaraları belə unudaraq bir-birindən çətin vuruşlarda hünər göstərib. Erməni dığalarına qan qusdurub, istədiyi qisası alandan sonra Şuşada aldığı qəlpə yarası nəticəsində 9 noyabrda Vətən eşqli ürəyi əbədi dayanıb. 12 noyabr 2020-ci il tarixində doğulduğu Zəhmətabad kənd məzarıstanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı Vətənə can borcunu şərəflə ödədiyi üçün ölkə rəhbəri İlham Əliyevin Sərəncamları əsasında Nicat Qasımzadə ölümündən sonra "Vətən uğrunda", Xocavəndin, Füzulinin, Şuşanın azadlığına görə , "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Bəli, 30 il əsir Qarabağımızın xilaskarı olaraq tarixin yaddaşına iz qoyan, qısa ömrü Vətəninə, torpağına sonsuz məhəbbət mücəssəməsinə dönən Nicat kimi oğlanlar heç vaxt unudulmaz, ürəklərin mehmanı olaraq zaman-zaman gələn nəsillər tərəfində böyük ehtiramla xatırlanar.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 İyun 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri