Icma.az
close
up
RU
Vətən üçün canından keçən Alim FOTO

Vətən üçün canından keçən Alim FOTO

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İkinci Qarabağ müharibəsində Azərbaycanın müqəddəsliyini canından əziz tutub döyüş meydanında yağıya qan udduran igidlərimizdən bir də şəhid Alim Mirzə oğlu Yoldaşovdur. Qana-qan deyib sinəsini Vətənə sipər edib qazanılan qələbəmizin qəhrəmanlıq simvoluna çevrilən Alim Biləsuvarın Nəsimikənd kəndində dünyaya göz açıb. Xalqımızın mənliyini, kimliyini bütün dünyaya bəli etmək üçün 30 il yağı tapdağında olan Qarabağımızın azadlığı uğrunda can qoyub. Vətənin daşına, torpağına sevdalanmaqla adını əbədi olaraq yeni, şanlı tariximizə yazıb. Beləcə Alimin bu işıqlı dünyaya gəlib getməsi 23 il çəksə də, ömür yolu gələcək nəsillərə də nümunə olacaqdır.
Alim Yoldaşov hələ orta məktəbdə oxuduğu illərdə Qarabağ müharibəsində ermənilərin törətdiyi vəhşilikləri eşidə-eşidə böyüyüb. Ürəyində bu qanlı hadisələrin qisasını almaq istəyi ilə Alim orta məktəbi başa vurub, ordu sıralarına yollanıb. Vətən qarşısında övladlıq borcunu cəbhə bölgəsində layiqincə yerinə yetirən əsgər uzun müddət yağı tapdağında qalan hər qarış torpaq uğrunda canından keçməyə hazır olub, keçirilən bütün təlimlərdə fəallıq göstərib. Bir qayda olaraq mərdliyi, cəsurluğu, Vətənə sədaqəti həmişə ona hörmət qazandırıb. Əsgər yoldaşlarına da bildirib ki, Qarabağımızı azad, ölkəmizi müstəqil, xalqımızı xoşbəxt görməkdən ötrü canımızdan, qanımızdan keçmək bizim borcumuzdur. Fədakarlıqla, eləcə qürur, heyrət doğuran məqamlarla dolu bir əsgər həyatını yaşayıb.
Alim əsgərlikdən sonra heç cür evdə qərar tuta bilməyib, yenidə orduya qayıdıb və silaha sarılıb yağıya qarşı döyüş meydanına atılmaq üçün məqam gözləyib.
27 sentyabr 2020-ci ildə erməni işğalçıların təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlananda ürəyi Vətənlə bir döyünən, onun müqəddəsliyinə tapınan qeyrətli oğullar “Vətən bizi çağırır”- deyərək səngərə giriblər. Alim də öndə olmaqla. O, ilk gündən ən qaynar nöqtədə ağır vuruşlarda peşəkar pulemyotçu kimi mərdlik nümunəsini göstərməklə ad qoyub. Yağıya endirdiyi sarsıdıcı zərbələrlə onlara ciddi itkilər verib. Qazandığı hər zəfərə ürəkdən sevinən əsgər erməni dığalara qarşı son damla qanınadək döyüşüb qisasını alacağına bir daha and içib. Qatıldığı əməliyyatlarda nəyin bahasına olursa-olsun yağıya qalib gəlmək onun həyat kredosuna çevrilib.
Bir-neçə ciddi sınaqdan alnıaçıq çıxan pulemyotçu Alim Füzuli rayonun və kəndlərinin düşmən tapdağından azad olunması uğrunda gedən ölüm-dirim savaşlarında dığaların kabusuna çevrilməklə onlara qan uddurub. Hər dəfə ulu torpaqların bağrına üçrəngli Azərbaycan bayrağı sancılananda Alim murdar niyyətli erməni qəsbkarlara qarşı daha da amansız olub.
Qəhrəman Vətən oğlu Xocavənd istiqamətində düşmənin xeyli sayda canlı qüvvəsini və ön xəttə yerləşən artilleriya və minaatan batareyalarını dəqiq atəşlə məhv edib.
28 oktyabrda erməni dığaları yenidə Füzuliyə hücum təşkil edib. Onun qəhrəmanlığı sayəsində düşmən ağır itkilərlə məğlub olub. Amma Alim bu zaman özü də qəfil atılan gülləyə tuş gəlib və Vətənə sevdalanan ürəyi əbədi olaraq dayanıb. Adı yaddaşlara köçməklə, həm də ölümündən sonra Alim Yoldaşov dövlət tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə”, Xocavəndin və Füzulinin azadlığı uğrunda medallara layiq görülüb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 İyul 2026 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see293

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see282

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see279

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see274

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see274

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see269

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see260

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see259

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see253

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see252

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see234

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see229

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see228

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see228

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see225

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see217

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see216

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see213

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri