Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb Səbəbi bu İMİŞ
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
İşıq sayğacına edilən ödənişin bir hissəsinin balansda görünməməsi yenidən vətəndaş narazılığı yaradıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə abonent bildirir ki, sayğaca 20 manat yükləməsinə baxmayaraq, balansda yalnız 18 manat görünüb.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Azərişıq ASC açıqlama verərək fərqin sabit tariflə bağlı olduğunu bildirib.
Qurumun məlumatına görə, hər ay abonent hesabından 1 manat sabit tarif haqqı tutulur. Fevral ayında bəzi istifadəçilərdən bu məbləğ çıxılmadığı üçün mart ayında edilən ilk ödəniş zamanı iki ayın fevral və mart aylarının sabit tarifləri birlikdə hesabdan silinib.
Bildirilib ki, sabit tarif sistemi fevralın son günlərində tətbiq edildiyindən həmin müddətdə ödəniş etməyən abonentlərdə məbləğ dərhal tutulmayıb. Nəticədə, vətəndaş martın 6-da balans artırdıqda sistem avtomatik olaraq iki aylıq sabit tarif haqqını çıxıb və yüklənən 20 manatın yalnız 18 manatı balansda əks olunub.
Asya
Milli.Az
Baxış sayı:165
Bu xəbər 15 May 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















