“Vətəndaş A” serialına görə İTVyə xəbərdarlıq edildi
Icma.az xəbər verir, Yeniavaz-ə əsaslanaraq “Vətəndaş A” serialına görə İTVyə xəbərdarlıq edildi.
20 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının növbədənkənar onlayn iclası keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat dərc olunub.
Bildirilib ki, iclas “İTV” kanalında yayımlanan “Vətəndaş A” serialında personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsi ilə bağlı məsələyə həsr olunub.
“Müzakirə zamanı qeyd olunub ki, serialın yayımı zamanı personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmamış və bununla da, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbi (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulub.
Müzakirələrin nəticəsi olaraq Audiovizual Şura bir daha bu cür halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinə xəbərdarlıq edib”, - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:
“Vətəndaş A” serialına görə İTVyə xəbərdarlıq
20 Noyabr 2024 18:03
Vətəndaş A serialına görə İTVyə xəbərdarlıq edildi
20 Noyabr 2024 18:11
“Vətəndaş A” serialına görə İTVyə xəbərdarlıq edildi
20 Noyabr 2024 17:50
“Vətəndaş A” serialına görə İTVyə Rəsmi xəbərdarlıq
20 Noyabr 2024 17:53
Vətəndaş A serialına görə İTVyə xəbərdarlıq edilib
20 Noyabr 2024 17:56
Baxış sayı:23
Mənbə:https://yeniavaz.com