“Vətəndaş A”nın dronunun vurulması xəbərinə DSXdan REAKSİYA
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, İctimai TV-də yayımlanan “Vətəndaş A” serialının rejissoru açıqlamasında Daşkəsən rayonunda aparılan çəkilişlər zamanı istifadə etdikləri dronun Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən vurulduğunu deyib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Məsələ ilə bağlı “Qafqazinfo”nun müraciətinə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən cavab olaraq bildirilib ki, “Vətəndaş A” serialının çəkilişi zamanı istifadə olunan dronun sərhədçilər tərəfindən vurulması həqiqəti əks etdirmir.
Xatırladaq ki, rejissor Elvin Rüstəmzadə dronun havaya qaldırılması üçün icazə alınmadığı səbəbindən vurulduğunu deyib. Serialın prodüseri Sevinc Əliyeva isə dünənki açıqlamasında çəkilişlər zamanı heç bir dronun Dövlət Sərhəd Xidməti tərəfindən vurulmadığını bildirib.

DSXdən “Vətəndaş A”nın dronunun vurulması ilə bağlı Açıqlama
05 Dekabr 2024 12:18
“Vətəndaş A”nın dronu vurulub? DSXdan rəsmi açıqlama
05 Dekabr 2024 12:41
DSXdan “Vətəndaş A”nın dronu ilə bağlı AÇIQLAMA KONKRET
05 Dekabr 2024 13:23
“Vətəndaş A”nın finalından anons
02 Dekabr 2024 15:09
“Vətəndaş A”nın dronu vurulub? Açıqlama
04 Dekabr 2024 21:59

