Icma.az
close
up
RU
Ombudsman Aparatında vətəndaş cəmiyyəti institutları üçün maarifləndirmə tədbiri keçirilib FOTO

Ombudsman Aparatında vətəndaş cəmiyyəti institutları üçün maarifləndirmə tədbiri keçirilib FOTO

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnsan hüquqlarının müdafiəsi və təşviqi sahəsində məlumatlılığın artırılması məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə ölkəmizin paytaxt və regionlarında davamlı olaraq maarifləndirmə tədbirləri keçirilir. 

Bu günlərdə Ombudsman Aparatında 2024-cü il üzrə Müvəkkil tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, həmçinin hüquq bərabərliyinin təbliği və ayrı-seçkiliklə mübarizəyə dair növbəti maarifləndirmə tədbiri baş tutub.

Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri  üçün təşkil edilən həmin tədbirdə Aparatın Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli iştirakçılara Müvəkkilin müvafiq sərancamı əsasında həyata keçirilən hüquqi maarifləndirmə tədbirləri barədə məlumat verib. Qeyd olunub ki, BMT nəzdində milli insan hüquqları institutu qismində akkreditasiya olunan Ombudsman təsisatı insan hüquqları sahəsində əldə olunan müsbət təcrübələrin həm milli, həm də beynəlxalq səviyyədə təbliğində mühüm rol oynayır. O, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”  Konstitusiya Qanununa edilən dəyişikliklərə əsasən Ombudsman Aparatında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi, Bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması üzrə monitorinq qrupları yaradıldığını və müvafiq sahələr üzrə fəaliyyətin daha da effektiv olması üçün vətəndaş cəmiyyəti institutları ilə birgə əməkdaşlığın zəruriliyini vurğulayıb.

Ombudsmanın Şimal, Cənub, Qərb və Şimal-Qərb regional mərkəzlərinin, habelə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələrinin də onlayn olaraq qoşulduğu seminarda Ombudsman Aparatının əməkdaşları Şəhla Aslanova və Sevinc Şener “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi, həmçinin bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi sahəsində Ombudsmanın  fəaliyyəti ilə bağlı təlimçi qismində çıxış ediblər.

Tədbir zamanı həmçinin iştirakçılar ilə maraqlı və interaktiv fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 09 Dekabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see185

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see179

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see136

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see129

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see126

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see123

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see122

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19 Oktyabr 2025 06:45see121

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see120

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see119

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see119

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri