Vətəndaş cəmiyyəti təmsilçiləri Bakıda Frank Peloniyə qarşı etiraz aksiyası keçirirlər AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri ABŞ-ın ermənipərəst konqresmeni Frank Peloniyə qarşı etiraz aksiyası keçirirlər.
AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları azərbaycanlıları təhqir etmiş konqresmen Frank Peloninin xalqdan üzr istəməsini, dünənki dinc aksiya zamanı zorakılığa yol vermiş mühafizəçiləri ilə birlikdə cinayət məsuliyyətinə cəlb olunmasını və Azərbaycana qarşı böhtan kampaniyalarına görə cavab verməsini tələb edirlər.
Xatırladaq ki, dünən bir qrup vətəndaş cəmiyyəti təmsilçisi Frank Peloninin qaldığı hotelin qarşısında dinc etiraz aksiyası keçirərək Azərbaycan xalqından üzr istəməsini və ölkəni tərk etməsini tələb etmiş, onun müharibə cinayətkarlarına himayəçilik edən şəxs olduğunu, belə bir şəxsin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsinin COP tarixinə utancverici hadisə kimi düşəcəyini bildirmişdilər. Hadisə zamanı aksiya iştirakçıları Frank Peloninin mühafizəçiləri tərəfindən hücuma məruz qalıb, müxtəlif bədən xəsarətləri alıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 17 Noyabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















