Vətəndaş işlətmədiyi qaza görə niyə pul ödəməlidir sualına qaneedici cavab verilməyib Deputat
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Vətəndaş işlətmədiyi qaza görə niyə pul ödəməlidir? Bu suala qaneedici səviyyədə cavab olmaması qanun layihəsi ətrafında bir sıra narazılıqlar yaradır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Qaz təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
"İlk növbədə həmin suala dolğun cavab verilməsi istiqamətində aidiyyəti orqanlar fikirləşməlidir. Bu qanunun əsas anlayışları ilə bağlı sabit tarifin tərifi verilir. Hesab edirəm ki, bu tərif məsələnin mahiyyətini anlamaq üçün yetərincə aydınlıq gətirmir. Bir neçə variant var. Onlardan istifadə edərək hamının başa düşdüyü ifadələrlə sabit tarifin nə olduğunun cəmiyyətə çatdırılması vacibdir", - deyə deputat bildirib.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 21 İyun 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















