Icma.az
close
up
RU
Vətəndaşa əkin sahəsi kimi verilən torpaq sonradan necə örüş sahəsinə çevrilib? Şikayət

Vətəndaşa əkin sahəsi kimi verilən torpaq sonradan necə örüş sahəsinə çevrilib? Şikayət

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Mənə torpaq sahəmi əkməyə icazə vermirlər, subsidiya almaq hüququmdan məhrum olmuşam”.
Bu sözləri Yeniavaz.com-a müraciət edən Qarabağ müharibəsi veteranı Xasməmmədov Qüdrət Ramazan oğlu deyib.
O bildirir ki, 2019-cu ilin mart ayında Oğuz rayonu Bucaq kənd bələdiyyəsi ərazisində 20 hektar torpaq sahəsini 49 illik əkin torpağı kimi icarəyə götürüb:
“Torpaq sahəsinin planı və ölçüsündə məqsədli istifadə növü kimi “əkin” göstərilmişdir. Həmin sahədə mən əkin əkərək, dövlət tərəfindən 10 il subsidiya almışam”.
Q.Xasməmmədovun sözlərinə görə, 17 iyul 2019-cu ildə çıxarışı öz adına rəsmiləşdirərkən onun əkin sahəsini “örüş” sahəsi kimi dəyişdirib, dövlət tərəfindən verilən subsidiyadan məhrum ediblər:
“Guya o vaxt mənə sənəd verilərkən texniki səhv olaraq həmin sahəni mənə əkin sahəsi kimi veriblər. İndi mənə bu sahəni əkməyə icazə vermirlər”.
Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanladıq. Qurumdan Yeniavaz.com-a bildirildi ki, 2010-cu ildə həmin torpaq dövlət reyestrində qeydiyyata alınanda səhvən “əkin sahəsi” kimi yazılıb:
“Oğuz rayonu Muxas bələdiyyəsi tərəfindən 20 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə icarəyə verilməsi üçün 25 dekabr 2009-cu il tarixində qəbul edilmiş 12 saylı qərara əsasən, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin qaimə hissəsində torpaq sahəsinin məqsədli təyinatı “örüş” göstərilib. Buna baxmayaraq, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 16 mart 2010-cu il tarixdə Muxas bələdiyyəsinin 20 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən “Torpaq sahəsinin planı və ölçüsü” sənədində məqsədli təyinat texniki səhv olaraq əkin sahəsi kimi qeyd edilib”.
Qeyd olunub ki, 2019-cu ildə vətəndaş həmin torpağın icarə hüququnu rəsmiləşdirəndə bu texniki səhv düzəldilib və torpağın təyinatı yenidən örüş kimi göstərilib:
“Sözügedən torpaq sahəsinə dair Oğuz rayon Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən 21 may 2010-cu il tarixdə keçirilmiş hərracın nəticəsində icarə hüququ vətəndaşın 27 iyun 2019-cu il müraciəti əsasında 17 iyul 2019-cu il tarixdə dövlət reyestrində qeydiyyata alınıb. Bu zaman verilmiş texniki səhv aradan qaldırılaraq “Torpaq sahəsinin planı və ölçüsü” sənədində məqsədli təyinat “örüş sahəsi” kimi qeyd olunub”.
Xidmətdən verilən məlumata görə, vətəndaş əgər torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsini istəyirsə, bununla bağlı qanunvericiliklə müəyyən edilən qaydada İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə elektron qaydada müraciət etməlidir.
Fəridə Əsədzadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 11 Dekabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri