Icma.az
close
up
RU
Vətəndaşı evə qeydiyyatdan necə çıxarmaq olar? HÜQUQİ PROSEDUR KONKRET

Vətəndaşı evə qeydiyyatdan necə çıxarmaq olar? HÜQUQİ PROSEDUR KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Mənzil alıb satan zaman rast gəlinən problemlərdən biri də yaşayış sahəsində qeydiyyatda olan şəxsin çıxarılması prosesidir. Belə ki, şəxs mülkiyyətində olan mənzili satmaq istəyir, lakin qeydiyyatda olan insanların razılığını ala bilmədiyi üçün notariusda alqı-satqı müqaviləsini həyata keçirmək mümkün olmur. Və yaxud da şəxs yeni mənzil alıb və orada adı olan insanları qeydiyyatdan çıxartmaq istəyir. Bu halda qanunamüvafiq hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Xəyal Bəşirov bildirib ki, əgər vətəndaş hər hansısa bir ünvanda qeydiyyatdadırsa və onun qeydiyyatı formal xarakter daşıyırsa, bu, həmin şəxsin çıxarılması üçün əsaslardan biri ola bilər. Çünki onun həmin ünvanda olması formal xarakter daşıyır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, ünvandan qeydiyyatdan çıxmaq üçün, şəxsin digər mənzilə qeydiyyata düşməsi vacibdir:

“Əgər vətəndaş formal olaraq qeydiyyatdadırsa, lakin həmin ünvandan çıxmırsa, belə olan halda məhkəməyə müraciət edilməlidir. Həmin ərazi üzrə rayon İcra Hakimiyyəti nümayəndəliyinin və yaxud bələdiyyənin digər qurumlarının müvafiq sənədi və qonşuların şahidliyi də sübut kimi qəbul edilə bilər. Belə olan halda məhkəmə onun ünvandan çıxarılması ilə bağlı qərar verir. Bu, məhkəmə qaydasında həmin şəxsin qeydiyyatdan çıxması ilə bağlı üsuldur. Digər hal isə odur ki, vətəndaş başqa evə qeydiyyata düşərsə, qanuni olaraq həmin ünvandan çıxmış sayılacaq”.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Mart 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri