Icma.az
close
up
RU
“Vətəndaşın hüquqları, rifahı nəzərə alınmayan dövlət içərisi boş və çürük bir müqəvvadır...”

“Vətəndaşın hüquqları, rifahı nəzərə alınmayan dövlət içərisi boş və çürük bir müqəvvadır...”

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Napoleonun məşhur kəlamı var ki, süngü ilə hakimiyyətə gəlmək olar, amma süngünün üzərində oturmaq mümkün deyil. Odur ki, dövlətdə ədalət olmalı, qanunlar işləməlidir...”

“Əsəd rejiminin çökməsinə gətirən əsas amil və səbəblər Suriyada 53 il fəaliyyət göstərmiş bu rejimin səmərəsizliyi və ədalətin olmaması idi... Dövlət nə deməkdir? Dövlət ilk növbədə onun qanunlarının işləməsi deməkdir. Suriyada isə mövcud qanunlar da işləmirdi. Yalnız zümrə- hakimiyyət-ailə mənafeyi işləyirdi. Qanunlar ictimai və sosial ədalətin təmin edilməsinə yönəlməlidir. Vətəndaş bilməlidir ki, o, bir dövlətdə yaşayırsa, o dövlətin qanunları var və həmin qanunlar onun da mənafeyini nəzərə alır”. 

Bu fikri Moderator.az-a açıqlamasında “Bəşər Əsədin yıxılmasında rejim daxilindəki hansı amil və səbəblər əsas rol oynadı” sualını cavablandırarkən politoloq Zərdüşt Əlizadə dilə gətirib.

“Əgər bir ölkədə yalnız hakim zümrənin mənafeyi nəzərə alınırsa, vətəndaşın hüquqları, təhlükəsizliyi və rufahı nəzərə alınmırsa, həmin ölkənin dövləti çox zəif olur. Lap zahirən nə qədər güclü görünsə də, pulu da olsa, ordusu da, tankları, təyyarələri, raketləri də olsa, polisi, təhlükəsizlik qüvvələri, hakimləri də olsa, belə bir dövlətin içərisi boş və çürük olur. Bu cür dövlət bir müqəvvadır. Əsəd rejimi də məhz bu səbəblərdən çökdü...

Hələ atası Hafiz Əsəddən bəri Suriya xalqı neçə dəfə etirazlara qalxıb, hər dəfə də bu üsyanlar minlərlə insanın qətli hesabına amansızlıqla yatırılıb və ata da, oğlu da hakimiyyətdə qalıblar. Fəqət, Napoleonun məşhur kəlamı var ki, süngü ilə hakimiyyətə gəlmək olar, amma süngünün üzərində oturmaq mümkün deyil. Odur ki, dövlətdə ədalət olmalı, qanunlar işləməlidir” , -deyə davamında siyasi şərhçi vurğulayıb.

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Dekabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see189

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see155

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see152

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri