Vətəndaşın pensiya kapitalından vaxtından əvvəl istifadə etməsi təklif olunur
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
"Pensiya sadəcə sıradan sosial məsələ deyil, o həm də çox ciddi bir siyasi məsələdir. Ona görə bu həssas məsələ cəmiyyətin gözləntiləri baxımından çox həssas baxılmasını zəruri edir".
"Unikal" xəbər verir ki, bunu deputat Əli Məsimli deyib. O bildirib ki, pensiya sahəsində islahatlar həyata keçirilməlidir:
"Bu islahatlar indiyə qədər olduğu kimi pensiya yaşının artırılması istiqamətində yox, pensiya sahəsində həlli vacib olan bir sıra digər istiqamətlərdə olmalıdır. Dövlət Sosial Müdafiə Fondundan əlavə vəsit cəlb edilməsinin mənbələrindən istifadənin səmərəliliyi artırılmalıdır. Rəsmi statistikaya görə, məşğul əhalinin yalnız 1,8 milyon nəfərə qədəri və ya 35 faizi muzdla çalışanlardır. Qalan 3,3 milyon nəfərin yarıya qədəri kənd təsərrüfatında çalışıb, vergidən əsasən azad olanlardır. Digər yarısının məşğul hissəsinin fəaliyyətinin şəffaflaşdırılması pensiya fonduna xeyli əlavə vəsiatin daxil olmasına, bu isə öz növbəsində pensiyaların artırılmasının maliyyə bazasının genişləndirilməsinə və dayanıqlılığının artırırılmasına imkan verər".
Deputat qeyd edib ki, pensiya kapitalının vaxtından əvvəl istifadə edilməsi, eləcə də vətəndaş pensiyaya çıxana qədər dünyasını dəyişəndə onun pensiya kapitalının vərəsəsinə verilməsi məsələləsini qaldırıb: "Hesab edirik ki, vətəndaşın pensiyaya çıxmasından bir müddət əvvəl ona pensiya kapitalının bir hissəsindən istifadə etmək imkanı verilməsi, eyni zamanda əgər vətəndaş pensiyaya çıxana qədər dünyasını dəyişərsə, onun pensiya kapitalının vərəsəsinə verilməsi sosial ədələt baxımından çox zəruridir. Hazırda erkən təqaüdə çıxmaq hüququ yalnız beş və ya daha çox uşağı olan qadınlara verilir, lakin bugünkü şəraitdə belə ailələr çox azdır. Biz bu mexanizmi genişləndirməyi təklif etdik ki, beş il əvvəl təqaüdə çıxmaq hüququ üç və ya daha çox uşağı olan ailələrə şamil edilsin".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 29 Dekabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















