Icma.az
close
up
RU
Vətəndaşla dövləti üz üzə qoyan qurum Elm və Təhsil Agentliyi

Vətəndaşla dövləti üz üzə qoyan qurum Elm və Təhsil Agentliyi

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda ali təhsilin idarə olunmasına məsul olan Elm və Təhsil Agentliyi ilə bağlı son zamanlar narazılıqlar artmaqdadır. Qaydalara deyil, subyektiv şərhlərə əsaslanan qərarlar bir çox tələbənin təhsil hüququnun pozulması ilə nəticələnir.

Türkiyədə dövlət universitetində təhsil alan yüzlərlə azərbaycanlı tələbələr Azərbaycandakı ali məktəblərə köçürülmək üçün müraciət ediblər. Agentlik onların müraciətini rədd edərək bildirib ki, “tələbə ümumilikdə 4 semestrdə 120 kredit toplamalı olduğu halda, yalnız 110 kredit toplayıb. Bunların ikidə birini keçsə belə, nəyə görə 120 yox, 110 kredit dərs alıblar” Halbuki tələbənin akademik borcu olduğu üçün kredit sayının az olması Nazirlər Kabinetinin 348 nömrəli qərarının 3.2.2 bəndi ilə qanuni sayılır. Həmin bənd açıq şəkildə bildirir ki, akademik borcu olan tələbənin kreditlərinin normadan az olması hüquq pozuntusu deyil.

Buna baxmayaraq, Agentlik bu qərarı tanımayıb və tələbənin təhsil hüququnu pozub.

Bundan əlavə, tələbələrə başqa bir əsassız rədd cavabı da təqdim olunub. Belə ki, əksər tələbələr 2023-cü ildə Türkiyənin dövlət universitetlərinin təşkil etdiyi YÖS imtahanında yüksək nəticə göstərərək qəbul olunmuşdular. Daha sonra isə 2023-cü ilin dekabrında qüvvəyə minmiş qanuna əsasən, yalnız vahid TR-YÖS imtahanı etibarlı hesab olunur. Lakin həmin tələbələr imtahanı bu qanun qüvvəyə minməmişdən əvvəl – 2023-cü ildə vermişdi. Türkiyə Ali Təhsil Şurası da öz qərarında bildiribki, yalnız 2024-cü ildən sonra vahid imtahan keçiriləcək. Agentlik isə bu faktı nəzərə almadan, geriyə tətbiq prinsipi ilə hərəkət edərək yenidən tələbələrin hüququnu pozmuşdur.

Bu hallar təkcə bir tələbənin deyil, ümumilikdə yüzlərlə azərbaycanlı gəncin üzləşdiyi ciddi problemdir. Ölkə mətbuatında bu yaxınlarda işıqlandırılmış digər bir hadisədə – riyaziyyat üzrə Respublika Olimpiadasının qızıl medalçısı Orxan Əliyev də oxşar haqsızlıqla üzləşmiş, Azərbaycan universitetləri onu bənzər səbəblərdən qəbul etməmişdir.

Göründüyü kimi, Elm və Təhsil Agentliyinin hüquqi sənədləri ya bilməməsi, ya da bilərəkdən pozması nəticəsində istedadlı və layiqli gənclər ölkə təhsilindən kənarlaşdırılır. Bu isə nəinki vətəndaş hüquqlarının pozulmasıdır, eyni zamanda ölkənin gələcəyinə vurulan zərbədir.

Əldə olunan məlumata əsasən, bu süni maneələrin əsas müəllifi Elm və Təhsil Agentliyinin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidovdur. Məhz onun rəhbərlik etdiyi şöbədə verilən şərhlər, qanunun ziddinə olan rədd cavabları və qeyri-obyektiv yanaşmalar nəticəsində tələbələrin haqları pozulur.

Bəs sual budur: Niyə uğurlu tələbələrin öz ölkəsinə qayıtmasına mane olunur?

Hər il yüzlərlə azərbaycanlı gənc yüksək ballarla Türkiyə və digər ölkələrdə dövlət universitetlərinə qəbul olunur. Lakin onlar ailəvi, maddi və ya vətən sevgisi səbəbilə ölkəyə qayıtmaq istəyirlər. Təəssüf ki, onların qarşısına qanunla yox, şəxsi yozumlarla və subyektiv yanaşmalarla sədlər çəkilir.

Bu süni əngəllər və qərəzli qərarlar tələbələrin ölkəyə inteqrasiyasına, milli beyin axınının qarşısının alınmasına və təhsildə mövcud potensialın istifadəsinə açıq-aşkar maneədir.

Uğurlu gənclərin ölkəyə dönüşünə bu qədər məqsədli əngəl yaradılması cəmiyyətin, dövlətin və gələcəyin ziyanına işləyir. Bəs bu ziyanın məsuliyyətini kim daşıyacaq?

Hurriyyet.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 İyul 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri