Icma.az
close
up
RU
Vətəndaşlar elektron imza və etibarnamələri üçüncü şəxslərə həvalə edərkən nələri bilməlidirlər?

Vətəndaşlar elektron imza və etibarnamələri üçüncü şəxslərə həvalə edərkən nələri bilməlidirlər?

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Son illər vətəndaşların aldadılması və adlarından elektron imza və etibarnamə alınması yolu ilə hüquqi şəxslər təsis edilməsi hallarının sayı artıb. Təhlillər göstərir ki, bir çox hallarda vətəndaşların adlarına hüquqi şəxslərin təsis edilməsi onların razılığı və ya məlumatı olmadan baş verir. Bu isə öz növbəsində qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə və vergi borclarının yaranmasına səbəb olur.
Newscenter.az xəbər verir ki, elektron imza vətəndaşların rəqəmsal mühitdə fəaliyyət göstərərkən kimliklərini təsdiq edən və qanuni əhəmiyyət kəsb edən bir vasitədir. Ölkəmizdə Asan İmza (mobil imza) və gücləndirilmiş elektron imza kimi rəqəmsal imzalar geniş şəkildə istifadə olunur. Bu imzalar dövlət xidmətlərinə daxil olmaq, müxtəlif sənədləri təsdiq etmək və biznes əməliyyatlarını həyata keçirmək üçün vacibdir. Lakin, təəssüflər olsun ki, vətəndaşların bu imzalarından sui-istifadə etməklə dələduzluq halları artıb.
Dövlət Vergi Xidməti tərəfindən aparılan araşdırmalar göstərir ki, bəzi hallarda vətəndaşlar aldadılmaqla onların elektron imzalarından istifadə olunur. Həmçinin, müxtəlif şəxslərin adlarına etibarnamə alınması, yaxud şirnikləşdirmə vasitəsilə qanunsuz əməliyyatlar həyata keçirilir. Vətəndaşlar bir çox hallarda bundan xəbərsiz olur və ya imza atdıqları sənədlərin məsuliyyətindən xəbərsiz olurlar. Bu cür əməliyyatlar nəticəsində isə hüquqi şəxslər yaranır, onların adından müxtəlif əməliyyatlar həyata keçirilir, büdcəyə külli miqdarda vergi borcları yaranır. Vətəndaş hüquqi baxımdan elektron imzanın sahibi olduğundan bu halda borcların ödənilməsinə də cavabdeh olur və o imzadan istifadə olunmaqla həyata keçirilən əməliyyatların nəticələrinə görə cavab verir.
Dövlət Vergi Xidməti xüsusilə sahibkarlıq fəaliyyətinə dair səlahiyyətlərin 3-cü şəxslərə verilməsi ilə bağlı ciddi xəbərdarlıqlar edir. Etibarnamə bir şəxsə digərinin adına müəyyən hüquqlar vermək üçün verilən bir sənəddir. Eyni zamanda, vətəndaşlar öz gücləndirilmiş elektron imzalarına qarşı da diqqətli olmalıdır. Elektron imza yalnız sahibinə məxsusdur və məhz imza sahibi onun qorunmasına cavabdehdir, başqa şəxslərin həmin imzaları istifadə etməsinə icazə verməməlidir.
Hər bir vətəndaş elektron imzanın daşıdığı səlahiyyətlərin hüquqi məsuliyyətini başa düşməlidir. Bu, gələcəkdə baş verə biləcək hüquqi problemlərin də qarşısını almağa kömək edir. Əgər vətəndaşlar elektron imza vasitəsilə baş vermiş qanunsuz əməliyyatlar və ya aldadılma halları ilə üzləşərlərsə, dərhal hüquq mühafizə orqanlarına və həmin imzanın qüvvəsinin dayandırılması üçün müvafiq dövlət qurumlarına müraciət etməlidirlər.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Dekabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri