Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır EKSPERT
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Eskalatorlar insanların gündəlik hərəkətini asanlaşdıran və ictimai məkanlarda rahatlığı təmin edən vasitələrdən biridir. Avtosfer.az xəbər verir ki, xüsusilə insanların sıx olduğu metro stansiyalarında və yeraltı keçidlərdə bu qurğuların işlək vəziyyətdə olması vacibdir. Lakin paytaxtın bəzi ərazilərində eskalatorların fəaliyyət göstərməməsi vətəndaşların hərəkətində çətinliklər yaradır. Bu vəziyyət xüsusilə yaşlılar, uşaqlar, eləcə də hərəkət imkanları məhdud şəxslər üçün əlavə maneəyə çevrilir. Bəs eskalatorlarda yaranan texniki problemlərin əsas səbəbləri nələrdir və nasazlıqların aradan qaldırılması niyə bəzən uzun müddət çəkir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, eskalatorların işləməməsi ilə bağlı vətəndaşlar, piyadalar tərəfindən ciddi narazılıqlar var:
"Bununla bağlı dəfələrlə müraciətlər, şikayətlər olunub. Keçirilən tədbirlər və reydlərdə vətəndaşlar açıq-aşkar deyirlər ki, keçidlərdən istifadə etməmələrinin səbəbi oradakı vəziyyətin arzuolunan səviyyədə olmamasıdır. İşıqlandırma təmin olunmur, eskalatorlar işləmir və nəticədə, ciddi problemlər yaranır. Buna görə aidiyyəti qurumlar bu məsələlərə ciddi yanaşmalıdırlar. Həm Bakı Şəhər İcra Hakimiyyəti, həm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi eskalatorların, liftlərin keçidlərdə vaxtlı-vaxtında nəzarətini həyata keçirməlidirlər və işləri ciddi qurmalıdırlar. Belə münasibət insanları keçidlərdən istifadə etmək vərdişindən uzaqlaşdırır. Bu məsələyə kifayət qədər ciddi yanaşmalıdır. Bu məsələyə nə qədər ciddi yanaşılsa, insanlar keçidlərdən bir o qədər rahat istifadə edər və bu, onların gündəlik vərdişinə çevrilər. Piyadayönümlü şəhər və infrastrukturlar yaradılırsa, bu məsələyə də baxış dəyişilməlidir. Bunların tətbiqi zamanı müqavilələr elə imzalanmalıdır ki, bunu quraşdıran şirkət həm də texniki xidmət göstərmək gücünə malik olsun. Yaxud da hansısa bəlli olmayan şirkətlərdən avadanlıq alıb gətirib quraşdırırlar, problem yarananda isə hər hansı detalın gətirilməsini aylarla gözləməli olurlar ki, həmin avadanlığı təmir etsinlər. Bəzən avadanlıq naməlum bir şirkətdən alınır, sonra şirkət də bağlanır və belə neqativ hallar yaranır. İnsanlar keçidlərdən istifadəni vərdiş halına salmalıdırlar".
Züleyxa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 16 Noyabr 2026 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















