Vətəndaşlardan avtomat və tüfənglər götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
DİN-dən Avtosfer.az-a bildirilib ki, dekabrın 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 4 tüfəng, 2 patron darağı və 53 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Baxış sayı:99
Mənbə:https://avtosfer.az